Əsas Səhifə > Ölkə, Manşet > Deputatdan qanunlara “atəşin salam”

Deputatdan qanunlara “atəşin salam”


12-02-2021, 10:49
Deputatdan qanunlara “atəşin salam”
Azərbaycanda pandemiya ilə əlaqədar bütün ölkə boyü çoxsaylı şəxslərin iştirakı ilə tədbirlərin keçirilməsi qadağan edilib. Hal hazırda hotellər, əyləncə mərkəzləri, habelə şadlıq sarayları, hətta iri Mallar belə qapadılıb. Lakin bu ölkədə deputatın, məmurun olan obyektlərdə hər şey etmək mümkündür. Məsələn, deputat İqbal Məmmədovla SOCAR şefi Rövnəq Abdullayevin birgə “projesi” olan “Relax” İstirahət Mərkəzində olduğu kimi.

JAMAZ.İNFO xəbər verir ki, Lerik rayonu ərazisində yerləşən “Relax” İstirahət Mərkəzi 14 fevral- Sevgililər Günü münasibəti ilə kampaniya təşkil edib. Bununla bağlı reklam xarakterli paylışmlar da edib. Həmin reklam plakatlarında qeyd olunur ki, fevralın 13-14-də “Relax”da 2 gecə üçün iki nəfər 250 manat, 4 nəfər isə 350 manat ödəməklə əylənə bilərlər.

Kampaniyada paketə daxil olanlar isə kənd məhsullaından ibarət 2 səhər yeməyi, Lerikdə şəlalə tutur, Uşaq və böyüklər üçün Animasiya, Karaoke-canlı musiqi, Maraqlı oyunlar, hədiyyələr , diskoteka və başqa sürprizlərdir.

“Relax” hətta xəbərdarlıq edib ki, yerlər məhduddur və tələsmək lazımdır.

Bundan başqa, İstirahət Mərkəzi bir başqa turun da elanını paylaşıb. “Lerik “Relax” turu 3 gün, 2 gecə” adlı paketinin qiyməti 259 manatdır. Buraya 2 nəfərlik səhər yeməyi, əyləncə proqramları, avtobusla gediş-gəliş daxildir.

Əslində burada qeyri-adı heç nə yoxdur. Normal şərtlər daxilində istənilən istirahət mərkəzinin bu cür kampaniyalar və turlar təşkil etməsi bizneslərini böyütmək üçün şans yaradır. Lakin indiki şəraitdə, yəni panedmiya dövründə, hətta maskasız küçəyə çıxanların belə cərimə olunduğu, koronavirusun tüğyan etdiyi, bunca qadağalar olduğu bir vaxtda “Relax”ın belə tərdbir keçirməsi nə başa düşüləndir, nə də anlaşılan. Hər halda bu ciddi qanun pozuntusudur. Və qanun pozuntusu varsa, bununla bağlı hüquqi tədbir görülməlidir. Görüləcəkmi?

Xatırladaq ki, Lerik rayonunda fəaliyyət göstərən “Relax” İstirahət Mərkəzi deputat İqbal Məmmədov və SOCAR rəhbəri Rövnəq Abdullayevin ortaq biznesinə daxildir. Böyük ehtimalla bu arxayınçılıq, qanunlara hörmətsizlik hər iki şəxsin imkanlarından qaynaqlanır. Geniş maliyyə imkanları, ən yüksək həddə məmur bağlılığı, indiyə qədər edilən bütün qanunsuzluqlara rəğmən cəzasız qalmaları, onlara növbəti bir qanunsuzluq etmələri üçün zəminlər yaradıb. Bu da onlardan birirdir.

Deputatdan qanunlara “atəşin salam”

Geri qayıt