Əsas Səhifə > Ölkə, Manşet > Onu TƏFTİŞ EDƏRLƏRSƏ...
Onu TƏFTİŞ EDƏRLƏRSƏ...5-03-2021, 09:23 |
Azərbaycan bazarının yetərli hissəsinə sahib olan “Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təəssüf ki, şirkət öz müştərilərinə ciddi problemlər yaradır. Ötən yazımızda bu barədə geniş bəhs etdiyimiz üçün sadəcə həmin problemlərdən bir neçəsini yada salaq. Birincisi, şirkət telekanallarda “Faizsiz kredit” adı ilə özünü reklam edir, əslində vətəndaşları aldadır. Şirkətin müştərilərdən aldığı komissiya haqqı heç bir əndazəyə sığmır. Yəni bu ölçüdə komissiya haqqı heç bir şirkətdə yoxdur. İkincisi, şirkətdən keyfiyyətsiz mal alanlar onu geri qaytara bilmir. Bu birbaşa istehlakçının hüququnun pozulmasıdır. Digər tərəfdən müştəri şirkətdən aldığı xarab telefonu nəinki geri qaytara bilmir, hətta şirkətin öz servisində telefonu təmir etdirmək üçün günlərlə növbə gözləyir və sonda heç bir nəticə olmur. Üçüncüsü, şirkətdə “qara mühasibatlıq” hökm sürür, bu cinayətdir, vergidən yayınmadır. Və daha nələr, nələr. Bugünkü yazımız da bir “Kontakt Home” müştərisinin şikayət ərizəsi əsasında hazırlanıb. Şikayətçi yazır ki, artıq bir ildən artıq bir müddətdir ki, koronovirus pandemiyası bütün dünyanı öz cənginə alıb: “Koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına ziyan vurduğu kimi Azərbaycanda da öz mənfi təsirini göstərdi. Belə ki, ölkədə pandemiya şəraitini nəzərə alaraq ölkə ərazisində fəaliyyət göstərən bir çox kafe, restoran, çay evi, internet kulubları, əyləncə mərkəzləri, iri ticarət obyektləri və.s bağlandı. Qeyd edilən obyektlərin bağlanması isə bir çox vətəndaşlarımızın müvəqqəti də olsa işsiz qalması demək idi. Lakin ölkə prezidenti cənab İlham Əliyev pandemiya şəraitini nəzərə alaraq vətəndaşların yaşayış rifahının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə göstəriş verdi. Bununla yanaşı cənab İlham Əliyev banklara, kredit təşkilatlarına, mağaza şəbəkələrinə ( Baku Electronics, Kontakt Home, Soliton və.s) tövsiyyə xarakterli çağırışlar edərək bildirdi ki, pandemiya şəraitində krediti olan vətəndaşlara köməklik göstərilsin, müəyyən güzəştlər edilsin. Ən azından ödənişlərin gecikdirilməsinə görə cərimə faizləri hesablanmasın. Təbii ki, bütün bunlar tövsiyyə xarakteri daşıyırdı və buna bir cox banklar, kredit təşkilatları, mağaza şəbəkələri ( Baku Electronics, Soliton və.s) əməl etdilər”. Şikayətçi sonra qeyd edir ki, çox təəssüf ki, “Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyi cənab prezident İlham Əliyevin bu tövsiyyələrinə əməl etməyib: “ Mən “Kontakt Home” mağazalar şəbəkəsindən kredit yolu mobil telefon və aspirator almışam. Pandemiyadan əvvəl kredit ödənişlərini hər ay vaxtında ödəmişəm. Pandemiya şəraitində müəyyən çətinliklərin olmasına baxmayaraq yenə də müəyyən gecikmələrlə də olsa ödənişləri edirəm. Artıq kerditlərdən birini tamamilə bağlamışam, digərində isə 90 manat borcum qalıb. Lakin indi məlum olur ki, “Kontakt Home” şirkəti gecikən günlər üçün cərimə faizləri hesablayıb və indi məndən cərimə faizlərini tələb edir”. Redaksiyadan: Yəqin ki, bu halla rastlaşan tək bir müştəri deyil, yüzlərlə, bəlkə də minlərlədir. Üzümüzü, şirkətin sahibi, Milli Məclisin üzvü Elnur Allahverdiyevə tutub soruşuruq. Cənab deputat ! Birincisi, deputatın biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Yaxşı, Azərbaycan reallığını nəzərə aldıq. Bəs siz niyə dövlət rəhbərinin tövsiyyələrini nəzərə almırsınız ? Axı, bütün dünya çalışır ki, əl-ələ verib pandemiya fəlakətindən qurtulsun. Siz isə müştərilərə dəstək olmaq əvəzinə, onlara əlavə cərimələr yazırsınız. Bilirsiniz bunun adı nədir ? Faizdən əlavə faiz tutmaq. Belə rüsvayçılıq heç bir yerdə yoxdur. Hətta Azərbaycanda fəaliyyət göstərən xeyli şirkət cənab İlham Əliyevin tövsiyyələrini nəzərə alaraq müştərilərə dəstək olurlar. Siz isə deputat olduğunuz halda ali rəhbərliyin tövsiyyəsini qulaqardına vurusunuz. Bu sizə başucalığı gətirməz. Bir məsləhətimiz də odur ki, şirkətinizdəki “qara mühasibatı” yığışdır. Bir gün “qara maskalılar” qapını döyər, onda gec olar. Şikayətçi Həsənov Zabil Əlövsət oğlu //gundelik-baku.com// Geri qayıt |