Əsas Səhifə > Ölkə, Manşet > Maliyyə müdiri ilə işdən qovulan idarə müdirinin “əl-birliyi”…

Maliyyə müdiri ilə işdən qovulan idarə müdirinin “əl-birliyi”…


29-03-2021, 10:56
Maliyyə müdiri ilə işdən qovulan idarə müdirinin “əl-birliyi”…
İkin gün əvvəl xəbər vermişdik ki, Beyləqan Rayon Yaşıllaşdırma İdarəsinin müdiri Nizami Vəliyev rəhbərlik etdiyi idarədə qol qoyduğu maxinasiyalara görə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının əmri ilə vəzifəsindən kənarlaşdırılıb. Ancaq indiyədək müdirin ərşə çıxardığı zülmdən əziyyət çəkən idarənin zəhmətkeşləri N.Vəliyevin cinayət məsuliyyətinə cəlb olunacağına, yalnız işdən qovulmaqla yaxasını qurtara bilməyəcəyinə ümidlidirlər. Hərçənd, müşahidələr göstərir ki, kimlərinsə onu daha artıq cəzadan yayındırmaq niyyəti və cəhdləri vardır. Bu barədə bir az sonra…
Hələliksə, xatırladaq ki, saytımızda N.Vəliyevin qanunazidd işdəycələri, saxtakarlığı, korrupsiya hüquqpozmaları barədə xeyli vaxtdır tənqidi məqalələr təqdim olunub. Hətta onun cana-boğaza yığdığı işçilərinin ölkə başçısına, DTX-nin rayon şöbəsinə, rayon prokuroruna ünvanladıqları Açıq Şikayəti də dərc etmişik. İşçiləri konkret faktlar sadalayaraq N.Vəliyevin onlarla rəftarında qeyri-normallığın aşkar müşahidə olunduğunu bildirir, onun davranış pozuntuları diaqnozu ilə həkim qeydiyyatında olduğunu qeyd edir, xatırladırdılar ki, məhz buna görə də o, hərbi xidmətə aparılmayıb və “yararsızlıq bileti” alıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış űzrə Dővlət Xidmətindən verilən məlumata gőrə, Nizami Vəliyevin hərbi xidmətdə olub – olmamasına dair rəsmi műraciətimiz araşdırılarkən, onun “şəxsi iş”inin olmaması műəyyən edilib. Bununla bağlı N.Vəliyev SHXÇDX-nin Beyləqan rayon şöbəsinə dəvət olunub və hərbi xidmətdə olub – olmaması ilə bağlı birgə araşdırmalar aparılıb. RealMedia-az.life-ın bu xüsusda sahib olduğu məlumatlarda qeyd olunur ki, Nizami Vəliyev sualları cavablandırarkən, necə deyərlər, nala – mıxa vurub. Həmçinin bildirilib ki, Nizami Vəliyev barəsində hərbi qeydiyyatdan yayındığına gőrə inzibati qaydada cərimə tətbiq edilməklə, barəsində geniş şəkildə araşdırılmalar aparılması üçün Baş Prokurorluğa műraciət olunacaq.
N.Vəliyevin əvvəllər Beyləqan Zona Baytarlıq Labarotoriyasının müdiri vəzifəsində işləyərkən, laboratoriyanın balansında olan 15 ədəd süni mayalanma aparatılarını, bir ədəd lafeti, laboratort cihazları sataraq pulunu mənimsəməsi, o üzdən laboratoriyanı təhvil-təslim edə bilməməsi barədə də yazmışdıq.
İndi isə məqaləmizin əvvəlində verdiyimiz vədin üstünə qayıdaq – Müşahidələr göstərir ki, kimlərinsə N.Vəliyevi daha artıq cəzadan yayındırmaq niyyəti və cəhdləri vardır. Həmin kimsənə Beyləqan rayonu üzrə Maliyyə Şöbəsinin rəisi İslam Allahverdiyev olub. Belə ki, N.Vəliyevin Yaşıllaşdırma İdarəsinin fəhlələrinə ayırılan uniformaları, boğazlı çəkmələri, bel və kürək əmək alətlərini, ləvazimatları onlara verməyərək mağazalarda satdırdığı məlum olub. Başçının göstərişi ilə Yaşıllaşdırma İdarəsində yoxlama aparmalı olan yerli Maliyyə Şöbəsinin təftişçiləri isə İ.Allahverdiyevin göstərişi ilə anbarı dərhal plomblamaq əvəzinə N.Vəliyevə səhərdən günortaya kimi vaxt verərək kəm-kəsiri bağlamağı məsləhət görüblər. O da satlığa qoyulan ələtləri yenidən götürüb idarənin anbarına gətirib. Formal yoxlama başa çatandan sonra isə ləvazimatlar yenidən mağazalara qaytarılıb. Beləliklə, İ.Allahverdiyev yəqin ki, N.Vəliyevdən gördüyü “hörmətin”, yaxud, əvvəlki iş birliyinin qarşılığında onun cinayət əməllərini ört-basdır etməyə çalışıb.
Mövzuya qayıdacağıq.
Tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia-az.life

Geri qayıt