Əsas Səhifə > Ölkə, Manşet > Biləcəri sakinləri nədən NARAZIDIR?
Biləcəri sakinləri nədən NARAZIDIR?10-07-2021, 12:30 |
Binəqədi rayonu, Biləcəri qəsəbəsinin Xəqani və Vidadi küçələrində yaşayan sakinlər "Hürriyyət"ə müraciət edərək, yol şəraitlərinin olmadığını deyiblər. Sakinlər yollarının bərbad, asfaltsız olmasından şikayətçidilər. Sözügedən küçələrdə yaşayan insanların sözlərinə görə, qış aylarında əsasən də yağan yağışlar bu küçəni daha da keçilməz edir. Belə ki, ətraf küçələrdə yenidənqurma işləri başa çatdırılıb və yol sakinlərə təhvil verilib. Lakin bu küçə hər zaman olduğu kimi tozu və palçığı ilə qalmaqdadı. Sözügedən ərazidə yaşayan Elçin Hüseynov bildirib ki, bununla bağlı sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, onların şikayətlərinə baxılmayıb. Acınaqlı vəziyyətdə olan yol şəraitləri isə olduğu kimi qalıb: "2020-ci ildə Prezident İlham Əliyev məhəlləarası yolların abadlaşdırılması üçün sərəncam imzalayıb. Bu günə qəsər bələdiyyə sədrinin müavini Samirə xanıma müraciət etmişik. Hər dəfə əsassız bəhanələr gətirərək, biz sakinləri aldadır. Xahiş edirik ki, müvafiq qurumlar şikayətimizi bələdiyyə rəhbərliyinə çatdırsınlar. Öz borclarını dövlətə xəyanət etmədən sona qədər yerinə yetirsinlər". Sakinlərin redaksiyamıza ünvanladığı şikayətlə bağlı Binəqədi rayon İcra Hakimiyyət ilə əlaqə yaratdıq. Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva dedi ki, Biləcəri qəsəbəsində qəsəbədaxili yollar dövlət proqramına daxil edildiyi üçün mərhələli şəkildə təmir ediləcək: "Mərhələli şəkildə bütün küçələr təmir ediləcək. Yan küçə təmir edilibsə, elə bilirlər ki, onların küçəsi təmir edilməyəcək. Biləcəri qəsəbəsi Bakı şəhərində elə qəsəbələrdəndir ki, bütün qəsəbədaxili yolları dövlət planına salınmışdır. Yəni, qəsəbədaxili yolların təmiri və bərpası ilə bağlı dövlət planına daxil edilib. Bu rayon İcra Hakimiyyəti və bələdiyyə tərəfindən aidiyyatı qurumlara dəfələrlə müraciətdən sonra əldə olunmuşdur. Diqqət etsəniz, son bir-iki ildə Biləcəri qəsəbəsində çox yollar bu proqrama salındığına görə yenidən qurulmuş və təmir edilmişdir. Eyni anda bütün qəsəbəni təmirə bağlamaq mümkün olmadığına görə, mərhələli şəkildə bərpa olunacaq. Hazırda bəzi küçələrdə təmir davam etdirilir". Ümid edirik ki, Biləcəri qəsəbəsinin Vidadi və Xəqani küçələrində yaşayan sakinlərin yol problemi tezliklə həllini tapmış olacaq. Geri qayıt |