Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Çingiz Əsədullayev niyə həbs olunmur?
Çingiz Əsədullayev niyə həbs olunmur?3-09-2021, 12:39 |
28 il bank sahibi olan Çingiz Əsədullayev Azərbaycan büdcəsindən oğurlanan 5 milyard manatın izinin itirilməsi prosesində əsas fiqur hesab olunur. İllərdir ki, mətbuat bu cinayət haqda yazır, Çingiz Əsədullayevin cinayət məsuliyyətinə cəlbi məsələsi müzakirə edilir. Əsədullayev isə azadlıqdadır. Onu həbs etməyə tələsmirlər. Ən son məlumatlara görə Ç.Əsədullayevin azadlıqda qalmasını təmin edən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdur. Hər dəfə Çingiz Əsədullayev sorğu-suala düşəndə ilk üz tutduğu ünvan da odur. Əsədullayevin Eldar Mahmudovun yanına qaçması əbəs deyil. Mahmudov nazir olduğu zaman kəsiyində Əsədullayevin “AG Bank”ı üzərindən, onun əlaqələri vasitəsi ilə ölkədən 5 milyard manatın qaçırılmasında əsas fiqur olub. Eldar Mahmudov vəzifəsini itirəndən sonra Çingiz Əsədullayev də tezbazar bankının ləğv edilməsinə səy göstərib. 2020-ci ilin yayında Mərkəzi Bank “AG Bank”ın ləğvi haqda qərarını açıqlayarkən, ən çox sevinənlərdən biri də məhz Çingiz Əsədullayev olub. Ötən il açıqlanan Mərkəzi Bankın qərarında qeyd olunurdu ki, “AG Bank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bankın əsas səhmdarı və İdarə Heyətinin sədri Çingiz Əsədullayev yaxasını kənara çəkdi və bankı çöküşünə yol açdı. İndi məlum olur ki, Çingiz Əsədullayevin 1992-ci ildən fəaliyyətdə olan bankın ləğvinə seyrçi mövqeyi onun burada baş verən cinayətlərin izlərinin itirilməsinə xidmət edib. Çünki Çingiz Əsədullayevin itirəcəyi bir şey yox idi, bank “xortumlanmış” və əsas aktivlər xaricə qaçırılmışdı. Yəni bank dövlətin əlinə keçənə qədər tar-mar edilmiş, borc içinə salınmışdı. Kimsəyə sirr deyildi ki, Çingiz Əsədullayevin bankı uzun illər Eldar Mahmudovun maliyyə maxinasiyalarının əsas yuvası idi. Bunun əvəzində Çingiz Əsədullayev bankında istədiyi etməklə bank işini nüfuzdan salır, əhalinin banklara inamını azaldan əmanətlərə xəyanətlər, girovların satılaraq bankın əsas və faizlərinin çıxılmasından sonra yerdə qalan hissəsinin sahiblərinə qaytarılmaması, “çirkli pulyuma” əməliyyatları adi hala çevirmişdi. Nə qədər ki, Mahmudov vəzifədə idi, Çingiz Əsədullayev də cibində deputat mandatı gəzdirməklə yanaşı, bankı da öz cibi kimi idarə edirdi. Mahmudov vəzifədən çıxarılandan sonra isə Çingiz Əsədullayev də acı reallıqlarla üz-üzə qaldı. İllərlə Mərkəzi Bankın qanuni tələblərini yaxına buraxmayan Çingiz Əsədullayevn bankındakı qanunsuzluqlar kölgədən çıxarıldı və ittiham aktlarında onun adı yer almağa başladı. Çingiz Əsədullayev Eldar Mahmudov üçün ölkədən 5 milyard manat çıxarıb. Başqa sözlə oğurluq pulun izinin itirilməsində baş rolda olub. İndi milyardları oğurlayanlardan hesab sormaq zamanıdır. Əsədullayev bu işdə “açar fiqur” rolundadır. Yetər ki, istintaq bu yöndə cəmiyyətin gözləntilərini doğruldub hərəkətə keçsin. “Yeni Müsavat” Geri qayıt |