Əsas Səhifə > Ölkə, Manşet > Mikayıl Cabbarov bu MTK-nın ƏLİNDƏ ACİZ QALIB?

Mikayıl Cabbarov bu MTK-nın ƏLİNDƏ ACİZ QALIB?


24-09-2021, 10:58
Mikayıl Cabbarov bu MTK-nın ƏLİNDƏ ACİZ QALIB?
“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin (MTK) Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etidyi binadan mənzil alan vətəndaşlar İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.

Yenicag.az xəbər verir ki, vətəndaşların iddiasına görə, MTK-nın rəhbəri Taley Allahverdiyev vergidən yayınıb. Şikayətçilər deyir ki, payçıları aldatmaqla yanaşı, vergidən də yayınan şirkət rəhbərinin bu əməlinin ciddi şəkildə təftiş olunmasına zərurət var. Sakinlər Mikayıl Cabbarovdan Dövlət Vergi Xidmətinə “Sahil-S İnşaat” MTK-nın vergi fırıldağını araşdırmaq üçün göstəriş verməyi xahiş edib.

“Bu zaman əksər mənzillər satıldığı halda, MTK-nın vergidən necə yayındığı aşkar olunacaq. Təbii ki, bunun da cərimə sanksiyası az deyil. Bu baxımdan “Sahil-S İnşaat” MTK-nın və rəhbərinin fəaliyyətinin vergi xidməti tərəfindən araşdırılması tələb olunur” deyə müraciətdə bildirilib.

Sakinlər deyir ki, şirkət onlarla imzaladığı müqaviləni qanunsuzluq edərək pozur, xitam verir, yeni müqavilə tərtib edir və mənzillərin qiymətini qaldırır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir. Paralel olaraq isə vergidən yayınmaya yol verilir: “Əgər vergidən yayınma faktı aşkarlanarsa, Taley Allahverdiyevə vergi cinayəti ilə bağlı açıla bilər”.

Sakinlər qeyd edirlər ki, mənzillərin 97 faizi satıldığı halda şirkət rəhbəri bunu gizlədir və bu minvalla külli miqdarda vəsaiti vergidən yayındırıraraq, mənimsəyir:

“Halbuki binanın sonuncu mərtəbəsinin tikintisi yarımçıq qalıb. Şirkət ən azı tikintini yekunlaşdıra bilərdi. Amma nə sakinlərə hesabat verilir, nə tikintinin dayanmasının səbəbi izah olunur, nə də normal söhbət aparılır. Bəs bu işi təhvil verə bilməyəcəkdilərsə, yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı. Bu da nəticəsi… Ona görə də İqtisadiyyat naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, “Sahil-S İnşaat” MTK-nın vergidən yayınmasının araşdırılması haqda tapşırıq versin”.


Geri qayıt