Əsas Səhifə > Ölkə, Manşet > Tovuzda məmur özbaşınalığı. Əmisi qızının əmlakını zəbt edib
Tovuzda məmur özbaşınalığı. Əmisi qızının əmlakını zəbt edib4-10-2021, 12:16 |
Tovuz rayon sakini Almaz Məmmədova Cebhe.info-ya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin Arxiv şöbəsinin müdiri Məmmədov Musa Nadir oğlundan şikayətçi olduğunu bildirib. Şikayətçi Musa Məmmədovun onun ailəsinə məxsus Tovuz rayonunda yerləşən torpaq sahəsi ilə bağlı arxiv sənədlərinin çıxarılmasında problem yaratdığını iddia edir. “Atam Məmmədov İsaya məxsus Tovuz rayonunda torpaq sahəsi var. Atam rəhmətə gedəndən sonra uzun illər o torpağa sənəd çıxarılmadı. Sonradan torpağın çıxarışını almaq üçün aidiyyəti üzrə müraciət etsəm də, həmin torpağın üzərində olan evin sənədləri mənə verilsə də, torpağa aid arxiv sənədləri təqdim olunmadı. Məqsəd isə atama məxsus torpaq sahəsini zəbt edərək orada ev, kafe və market tikməsidir. Torpağın sərhədlərini dəqiq bilmədiyim üçün qurumlara müraciət etdim. Rəsmi qurumlar mənə torpağın sərhədlərini müəyyənləşdirmək üçün bu məsələni əmimlə aydınlaşdırmağımı məsləhət gördülər. Başa düşmürəm, bütün sənədlər arxivdə olduğu halda, mən niyə bu məsələni əmimlə aydınlaşdırmalı idim? Mənə rəsmi qurumlar torpağın sənədlərini almaqda çətinliklər yaratsa da, arxiv sənədlərini aldım və həmin sənədlərdə torpağın atam - Məmmədov İsaya aid olduğu təsdiq olunur”. Şikayətçi Almaz Məmmədovanın dediyinə görə, torpağa çıxarış alanda qurum nümayəndəsi ona zəng edərək arxiv sənədində göstərildiyi sərhədlərə əsasən, çıxarış verə bilməyəcəyini deyib. Səbəb isə dövlət məmuru olan Musa Məmmədovun vəzifəsindən sui-istifadə edərək başqasına məxsus olan torpaq üzərində ev tikərək topraq sahibinin icazəsini almadan evi o torpaq üzərində sənədləşdirməsidir. Nəticədə qurum çıxarışı daha az torpaq ərazisini əhatə edərək verilməsini təklif edib. Amma məsələ bununla da bitməyib. Şikayətçi Almaz Məmmədova əlavə edib ki, arxiv şöbəsinin müdiri Musa Məmmədov həmin torpağın üzərində qanunsuz olaraq kafe və market də tikib: “Ona görə də torpağın sənədləşdirilməsinə problem yaradır. Tutduğu dövlət vəzifəsindən sui-istifadə edərək mənə hədə qorxu gəlir, o torpağa sənəd çıxardığını bildirir. Mənə deyir ki, get kimə istəyirsən şikayət et, o torpağın sənədlərini çıxarmışam. Bu isə hər iki tərəfdən qanunsuzdur. Torpağın atam Məmmədov İsaya məxsus olduğu bütün arxiv sənədlərində var, o, necə ora sənəd çıxarda bilər? O sənədi hansı qurum ona verə bilər? Məndə olan məlumata görə, Musa Məmmədov öz işində qanunsuzluqlara yol verdiyi üçün iki dəfə şiddətli töhmət alıb. İndi mənə maraqlıdır, bu qədər qanunsuzluqlardan sonra onun hələ də vəzifəsində qalması kimlərin marağındadır?” Almaz Məmmədova sonda bildirib ki, onun istəyi sözügedən torpaq sahəsinin qanunlar çərçivəsində atası Məmmədov İsanın vərəsəsi olaraq onun adına çıxarılmasının təmin olunmasıdır. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |