Əsas Səhifə > Ölkə, Manşet > Təhsil şöbəsinin müdirindən ÖRNƏK TƏBRİK...
Təhsil şöbəsinin müdirindən ÖRNƏK TƏBRİK...5-10-2021, 10:09 |
DİA.AZ: - Başlığa aldanmayın. Yəni düşünməyin ki, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev cənabları hansısa müsbət mənada nümunəvi addım atıb. Həm də ki, ÖRNƏK OLMAQ hər zaman o demək deyil ki, müsbət istiqamətdə nümunəvisən... DİA.AZ bildirir ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyevin sosial şəbəkələrdəki təbrik paylaşımı da əslində bir örnəkdir. Yəni NECƏ YAZMAMAQ LAZIMDIR - ÖRNƏYİ... Oxucularımızdan birinin dia-az.life-a yolladığı statusu və rəyi təqdim edirik: Oxucumuz dia-az.life yazır ki, Şəmkir təhsili bu gün Qüdrət müəllimin əlində əsir-yesir qalıb: "Əslində peşəcə alverçi olan Qüdrət Əliyevin təhsilə hansısa töhvəsini gözləmək də doğru deyil..." Qarşı tərəfin də fikirlərini dinləmək maraqlı olardı... Geri qayıt |