Əsas Səhifə > Ölkə, Manşet > İTV-nin də maşallahı var: ŞÜBHƏLİ TENDER...

İTV-nin də maşallahı var: ŞÜBHƏLİ TENDER...


8-10-2021, 11:02
İTV-nin də maşallahı var: ŞÜBHƏLİ TENDER...
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "HIPOK-LM” MMC (VÖEN- 1805292371) olub.

Yeniavaz.com xəbər verir ki, "HIPOK-LM” MMC MMC İTV-nin sifarişi əsasında dekorasiyanın hazırlanması və quraşdırılması işlərini görəcək.

Görüləcək işlərin qarşılığında İTV "HIPOK-LM” MMC-yə 182 min 435 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, İTV tender müsabiqəsini bu ilin may ayının 8-də elan edib.

Maraqlıdır ki, tenderin qalibi olan "HIPOK-LM” MMC tender elanından cəmi bir ay əvvəl – 07.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi bir ay əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Sabunçu rayonu, Romana ŞTQ, 11-ci Mədən (Ramana), ev 6”-da yerləşir. MMC-nin qanuni təmsilçisi Murtuzov Azər Əliheydər oğludur.
Maraqlıdır ki, bu cür tender müsabiqələri İTV tərəfindən daha əvvəl də keçirilib.


Geri qayıt