Əsas Səhifə > Ölkə, Manşet > Əmrullayevin kadrları ŞƏHİD ANASINI İNCİDİR...
Əmrullayevin kadrları ŞƏHİD ANASINI İNCİDİR...16-11-2021, 10:38 |
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq. Doğrudur, dövlətimiz, xalqımız, cəmiyyət Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə, veteranlara hər cür qayğı və diqqət göstərir, onların sosial rifahının yaxşılaşdırılması üçün proqramlar həyata keçirir. Dövlətə etibarlı tərəf müqabili olan Heydər Əliyev Fondunun, “Yaşat” Fondunun, ayrı-ayrı xeyriyyəçi şəxslərin bu müstəvidə gördükləri təqdirəlayiq işlər də yetərincədir. Ancaq dövlətin qayğılı münasibətini vətəndaşlara, ələlxüsus da imtiyazlı, həssas kateqoriyadan olan vətəndaşlara ötürməklə vəzifələndirilmiş şəxslərin bu sahədə gördükləri işlər yetərincə deyil, az-çox görülən işlərin də həddən ziyadə qabardılması müşahidə olunur ki, bu da gəlin razılaşaq, ən azından təvazökarlıqdan uzaqdır. Bu müstəvidə həyata keçirilən dövlət siyasətinə kölgə salan neqativ hallar barədə məlumatlar tez-tez KİV tribunasına çıxır, haqsızlıqla üzləşən vətəndaşlar problemlərini ictimailəşdirmək və aidiyyəti qurumlara çatdırmaq üçün mediaya üz tutrlar. Vətəndaş Rəsmiyyə Tağıyeva “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək bildirir ki, qardaşımin tək oğlu Tağızadə Bəhruz Azər oğlu Şuşa uğrunda döyüşlərdə şəhid olub. Şəhid anası Tağıyeva Aynur Camal qızı Qax peşə liseyində təlim ustası vəzivəsində çalışır. Cənab Prezident hər çıxışında Şəhid ailələrinə diqqət və qayğıdan bəs etdiyi halda, Aynur Tağıyeva keçirdiyi stres və səhhəti ilə əlaqədar pondemiya dövründə işə gedə bilmədiyi üçün rəhbərlik tərəfindən «Sənə at — ulaq göndərək? Oldu – qurtardı!» kimi sözlərlə təhqir olunub. Peşə təhsili üzrə Dövlət Agentliyinə və Təhsil Nazirliyinə müraciət etmələri heç bir nəticə verməyib: “Hal — hazırda Qax peşə liseyində baş usta yeri vakantdır. Şəhid anası ali təhsillidir. Pedaqoji, təlim ustası stajı var. Çatışmayan stajı isə onun statusudur. Diaqnostik qiymətləndirmədən keçib. Ana vakant baş usta vəzifəsinə keçmək üçün müraciət edib və ona: “Sən təlimata uyğun deyilsən” cavabı verilib. Pensiya yaşı coxdan keçmiş sabiq baş usta Rəfael Əzimovun yenidən işə qaytarmaq uçün iki liseyə direktorluq edən Şahin Şirinzadənin tapşırığı ilə kollektivdə bir imzatoplama kampaniyası keçirilib. Bu, hansı təlimata uyğundur? Bir məmur kimi şəhid anasının təhqir olunmasına və alçaldilmasına şərait yaratmaq təlimata uyğundurmu? Biz heç kimi acımıza hörmət etməyə məcbur edə bilmərik. Amma şəhid anasına diqqət və qayğı hər bir dövlət məmurunun borcudur”. P.S. Qeyd edək ki, məqalə dərc olunan zaman Şəki və Qax peşə liseylərinə rəhbərlik edən Şahin Şirinzadənin əməlləri ilə bağlı elə xoşagəlməz və korrupsiya xarakterli faktlar daxil oldu ki, bu faktların araşdırılmasına ehtiyac olduğundan hələlik dərc etmədik. Odur ki, bizi izləməyi unutmayın. Geri qayıt |