Əsas Səhifə > Ölkə, Manşet > Xəstəxanın direktoru TƏBİB-ə müraciət etdi, ŞOK CAVAB ALDI...

Xəstəxanın direktoru TƏBİB-ə müraciət etdi, ŞOK CAVAB ALDI...


30-12-2021, 10:59
Xəstəxanın direktoru TƏBİB-ə müraciət etdi, ŞOK CAVAB ALDI...
"TƏBİB"-dən Göygöl MRX PHŞ-yə maraqlı cavab göndərilib. Məlumata görə, ilin son ayının maaşının gecikdirilməsinin qarşısını almaq üçün rayon xəstəxanası PHŞ-in direktorunun müraciətinə üst rəhbərlikdən sərt cavab verilib: "Bizi narahat etməyin!".

DİA.AZ xəbər verir ki, demokratik.az-ın bu barədə əldə etdiyi məlumata görə, məlumatı kollektivə Vasif Əliyevin özü çatdırıb.

Xəstəxanın direktoru TƏBİB-ə müraciət etdi, ŞOK CAVAB ALDI...

Göygöl MRX-PHŞ-in rəhbəri üzülərək bildirib ki, digər şəhər və rayonlardan fərqli olaraq onların maaşının gecikdirilməsi rayon maliyyə şöbəsinin və birbaşa "TƏBİB"-in inzibati idarəetmə məsuliyyətsizliyidir.

Vasif Əliyevin dünən təşkil etdiyi səhər iclasında kollektivin tələbilə "TƏBİB" rəhbərliyinə kömək məqsədilə yazdığı müraciətdən peşman olduğunu, hamının maaşının bugünlərdə köçürüləcəyini, maaş köçürməsinin gecikmə səbəbinin araşdırılacağını bildirib.

Saytımızın özəl mənbədən aldığı bilgiyə görə, maliyyə gecikməsi xəstəxanada süni ştatların mövcudluğu, işçilərin sayının tələb olunandan artıq olması səbəbindən baş verib.

O da bildirilir ki, Vasif Əliyev Göygöl MRX-PHŞ-in rəhbərliyinə TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlı vasitəsilə gətirilib. Gələndən cari ilin aprel-sentyabr ayları aralığında isə xəstəxanaya 40-dan artıq işçi götürüb. İşə götürülənlər arasında isə direktorun özünün yaşadığı Balçılı kəndinin sakinləri əksər çoxluq təşkil edir.

İddiaya görə, xəstəxanaya işə alınan yeni işçilərin əsasən Balçılıdan olması Vasif Əliyevin aldığı və istədiyi rüşvəti sığortalayır. O da bildirilir ki, TƏBİB-in nümayəndəsinin iş müqabilində həmkəndlilərindən pul aldığını isbat etmək üçün qardaşlarına və digər ailə üzvlərinə məxsus bank kartlarına köçürmələri incələmək yetərli olar...

Geri qayıt