Əsas Səhifə > Ölkə, Manşet > Bu da Vaqif Abdullayevin daha bir milyonluq villası...

Bu da Vaqif Abdullayevin daha bir milyonluq villası...


22-08-2022, 10:55
Bu da Vaqif Abdullayevin daha bir milyonluq villası...
Beyləqanın keçmiş icra başçısı Vaqif Abdullayev daha bir milyonluq əmlakı üzə çıxıb. DİA.AZ bildirir ki, Anaxeber.info-nun əldə etdiyi məlumata görə, şəhərin “milyonçular məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində sabiq başçıya məxsus malikanənin fotosu yayılıb. Fotodan da bəlli olur ki. V.Abdullayev bu villa üçün böyük pul xərcləyib. Lakin onun icra başçısı kimi dövlətdən aldığı aylıq maaş heç bir halda bu imarəti tikdirməyə yetərli ola bilməzdi. Deməli, aşkar oğurluq, talan, büdcədən pul çırpışdırmaq və xalqın malını yemək hesabına özünə saray tikdirib. Bu da araşdırması zərurət yaradan korrupsiya predmetidir və əslində, dərhal istintaq hərəkətə keçərək keçmiş başçı barəsində cinayət işi başlamalıdır. Çünki təkcə T.Əliyev küçəsində deyil, ayrı-ayrı ünvanlarda da Beyləqanın sabiq şefinin mülkləri, biznes strukturları mövcuddur. Bu da özlüyündə əsas verir ki, onu digər icra hakimləri kimi qandallayıb dörd divarlıq bir evə salsınlar. Gələn xəbərlərə görə, keçmiş başçı özü də təşviş içindədir. Onun mülklərinin ortaya çıxması, ifşa olunması “yuxarı”ların diqqətini cəlb etməkdədir. V.Abdullayev vəzifədən getsə də, onun varidatının, korrupsiya ilə necə varlanmasının yenidən gündəmə gəlməsi özünü çox düşündürür. Sabiq başçı fikirləşir ki, niyə məhz indi yada düşüb? Amma dərhal da xatırlayır ki, səbəbsiz deyil, onun Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovla qohumluq əlaqələrinin pozulması V.Abdullayevin “qələmini qırıb”. Generalın çətiri altında hər cür qanunsuzluğa yol vermiş başçının indi dayaqlarını itirməsi onun həbsi üçün yol açıb və “yaşıl işıq” yandırıb. Sabiq icra başçısının Teymur Əliyevlə Məmməd Araz küçələrinin kəsişməsində dəyəri 4 milyon olduğu deyilən villası var. Məlumdur ki, həmin ərazidə varlılar, milyonçular yaşayır və V.Abdullayev də onlardan geri qalmaq istəməyib. Ancaq bu da son deyil, onun məşhur “Bulqari”nin üstündə 1 milyonluq mənzili, “Tac” MTK-da 3 evi olduğu deyilir. Bu əmlakların siyahısı hüquq-mühafizə orqanlarında da təbii ki, var. Əgər istintaq hərəkətləri fəallaşarsa, mülklərin hansı yolla əldə edilmiş vəsaitdən alındığı müəyyən edilə bilər. Bununla yanaşı, deyilir ki, sabiq məmur tək daşınmaz əmlakla qane olmayıb. Onun imkanları o həddədir ki, avtomobil kolleksiyası var. Bildirilir ki, 10 BP 010 nömrə nişanlı “Galenvagen” markalı maşına sahibdir. Ardınca eyni model avtomobildən daha ikisinə sahiblənib – 10 NR 010 və 10 MA 010 nömrə nişanlı bahalı avtomobillər özünün və ailəsinin istifadəsindədir. Həmçinin, bir neçə mənzil, qızlarının yeni tikililərdən evləri, o cümlədən Beyləqanda ferma, özünün və qızlarının Xızıda malikanələri, torpaq sahələri var. Görün, bir Beyləqanla icra başçısı necə oliqarxa çevrilib. Düzdür, Xızının da başçısı olub, ona görə bu rayonda sərvətləri var.

Geri qayıt