Əsas Səhifə > Ölkə, Manşet > “İcra hakimiyyətində bizi təhqir edərək, döyməyə çalışdılar”
“İcra hakimiyyətində bizi təhqir edərək, döyməyə çalışdılar”14-10-2022, 11:11 |
“Oğlum Abdullayev Nurlan Rasim oğlu 2016-cı ildə baş verən aprel döyüşlərinin iştirakçısı olub və Talışkənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Mən özüm də 1-ci Qarabağ müharibəsininin iştirakçısı və müharibə veteranıyam. Ölkə başçısı hər zaman öz çıxışlarında məmurlara xəbardarlıq edir ki, şəhid ailələri, onların yaxınları və övladlarını incitməyin, onlara xüsusi diqqət göstərin və problemləri ilə yaxından maraqlanmağa çalışın. Ancaq təəssüf ki, bir şəhid ailəsi olaraq, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadədən bu xususi diqqət və qayğını görə bilmirik”. DİA.AZ xəbər verir ki, bunu “AzPolitika.info”-ya müraciətində Zərdab rayon Böyük Dəkkə kənd sakini Şəhid atası Abdullayev Rasim Tapdıq oğlu bildirib. Şəhid atası dövlət qurumlarının məsələyə etinasız yanaşmalarından şikayətlənir: “Mənə təyin edilmiş 2-ci qrup əlilliyim qanunsuz olaraq dayandırıldı. Buna görə də işlə təmin olunmaq üçün, həyat yoldaşımla birlikdə Məşğulluq Mərkəzində qeydiyata alındıq. Burada bizə “tez bir zamanda işlə təmin olunacaqsınız” deyilsə də, bir ildən çoxdur ki, heç bir işlə təmin olunmamışıq”. Şikayətçi bu problemlə bağlı İcra Hakimiyyətinə yollandığını və orada xoş olmayan münasibətlə qarşılaşdığını bidirir: “İşlə təmin olunmadığım üçün, qaynım 1-ci qrup Qarabağ müharibəsi əlili Qaraoğlan Mustafayevlə birlikdə Zərdab Rayon İH-də başçının müavini Pərvin Mahmudovanın qəbulunda olduq. Həmin vaxt İcra başçısının müavini Pərvin Mahmudova öz otağına Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Zinhar Bayramovu çağırdı. Zinhar Bayramov söhbət əsnasında qaynımın “Bunun işinin adı nədir?” sualından bərk əsəbləşərək, bizi nalayiq ifadələrlərlə təhqir etməyə başladı. Üzərimizə hücum çəkərək, bizi döyməyə cəhd etsə də, Pərvin Mahmudova buna imkan vermədi və bizi itələyərək, otaqdan çıxardı. Beləcə təhqir olunaraq, İH-nin binasından qovulduq. Mən ilk növbədə bu hadisəni şəhid övladımın ruhunu qarşı edilən hörmətsizlik kimi qəbul edirəm”. “Mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayaraq, mənim və yoldaşımın müvafiq işlə təmin olunmağımızda köməklik göstərilməsini həmçinin bizi təhqir etdirib, döydürtmək istəyən Zinhar Bayramov barəsində müvafiq tədbir görülməyini xahiş edirəm”,- şikayətçi bildirib. Şikayətdə adları çəkilən şəxslərin də mövqeyini işıqıandırmağa hazırıq. Geri qayıt |