Əsas Səhifə > Ölkə, Manşet > Lənkəran sakinlərinin QIŞ QORXUSU...

Lənkəran sakinlərinin QIŞ QORXUSU...


16-12-2022, 10:28
Lənkəran sakinlərinin QIŞ QORXUSU...
“Kənardan kəndə gələnlər binanın məktəb olduğuna inanmırlar”

Lənkəran rayonunun Şağlaser kənd sakinləri məktəb binasının təhlükəli olmasından narahatdırlar. Meydan TV-yə üz tutan bir qrup kənd sakini deyir ki, məktəb qəzalıdır, uşaqlar üçün təhlükəli vəziyyət yaranıb.

Şağlaser kənd orta məktəbinin binası köhnədir, tava, döşəmə çöküb, binada iri çatlar yaranıb.

Kənd sakini Elxan Məmmədov deyib ki, bir az soyuq olan kimi uşaqları məktəbə göndərmək istəmirlər. Çünki bina köhnə olduğundan qapı-pəncərə hava saxlamır, sinif otaqlarının pəncərələri taxta və ya sellafon torbalarla qapadılıb. Otaqlar odunla qızdırılsa da, istilik zəif olur.

Lənkəran sakinlərinin QIŞ QORXUSU...

“Məktəb uzun illərdir təmir edilmir, çöl divarında iri çatlar yaranıb. Kənardan kəndə gələnlər binanın məktəb olduğuna inanmırlar, yəni indiki görkəmi ilə məktəb binasına oxşamır. Məktəbin hasarı da dağılıb, mal-qara içəri daxil olur”,- kənd sakini deyib.

Sakinlər bildiriblər ki, qışda məhz soyuq otaqlara görə davamiyyət azalır. Məsələ ilə bağlı məktəbin direktoru ilə görüşüblər. Direktor məktəbin vəziyyəti ilə bağlı aidiyyati orqanlara məlumat verildiyini deyib. Binaya baxış da keçirilib, qəzalı olduğuna dair rəy verilib.

Lənkəran sakinlərinin QIŞ QORXUSU...

624 şagird üçün nəzərdə tutulan məktəbdə 300- dən çox şagird təhsil alır.

Kəndin keçmiş bələdiyyə sədri Allahverən Mirzəyev Meydan TV-yə bildirib ki, məktəb 1980-ci illərdə tikilib və həmin ildən indiyədək təmir edilməyib. İndi isə 5 min əhalisi olan kəndin məktəbinin binası qəzalı vəziyyət düşüb. Məktəbin həyətində su anbarı və tualet olsa da, binanın əsaslı təmirə ehtiyacı var.

Lənkəran sakinlərinin QIŞ QORXUSU...

Təhsil Nazirliyi Meydan TV-nin məktəbin təmiri ilə bağlı sorğusunu cavablandırmayıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə bildiriblər ki, məktəb gələn il təmir edilə bilər.

Kənd Lənkəran şəhərindən 22 km şimalda, Lənkəran-Boradigah şose yolunun üstündə yerləşir. Kənd əhali sayına görə Lənkəranın 7-ci kəndidir.

Meydan TV


Geri qayıt