Əsas Səhifə > Ölkə, Manşet > “Zəbur Bağırovun xəstəxanasını son 1 ildə 16 peşəkar həkim tərk edib”

“Zəbur Bağırovun xəstəxanasını son 1 ildə 16 peşəkar həkim tərk edib”


22-12-2022, 10:41
 “Zəbur Bağırovun xəstəxanasını son 1 ildə 16 peşəkar həkim tərk edib”
Vasif Talıbov rejiminin əsas məqsədlərindən biri Naxçıvanı boşaltmaq, insansız məmləkət halına gətirmək idi. Bunu Muxtar Respublikanın hər sahəsində görə bilərik. Naxçıvanın qəsdən əhalisiz məmləkət halına gətirmək strategiyasının arxasında hansı məkrli niyyətlərin dayandığını müəyyənləşdirməyi müvafiq dövlət orqanlarının ixtiyarına buraxır və biz sadəcə Muxtar Respublikanın səhiyyə sistemi ilə əlaqədar yürüdülən siyasətdən bəhs etmək istəyirik.

Məlumdur ki, istənilən cəmiyyəti tamamilə məhv etmək, onu yaşanmaz hala gətirmək üçün ilk növbə onun səhiyyə sistemini çökdürmək lazımdır. Yetərli səhiyyə sisteminin olmaması hər an ölüm təhlükəsi ilə üzləşmək deməkdir və belə cəmiyyətlər ya xəstəlikdən yox olub gedər, ya da hər kəs başını götürüb xaricə qaçar. Dərd burasındadır ki, Naxçıvanda da məhz bu siyasət həyata keçirilir. Üstəlik, Naxçıvandan qaçan təkcə əhali deyil. Həkimlər də yanlış səhiyyə siyasəti nəticəsində bu diyarda duruş gətirmir və Muxtar Respublikanı tərk edirlər. İddialara görə, son 1 ildə ən azı 16 savadlı həkim Naxçıvan MR Xəstəxanasını tərk edib. Onların yerini isə Vasif “xan”ın saxta diplomlu tibb işçiləri tutub.

DİA.AZ bildirir ki, Ovqat.com-un bu iddiasını Naxçıvan MR həkimləri adından redaksiyamıza göndərilən məktub da təsdiqləyir.

Məktubu olduğu kimi nəzərlərinizə çatdırırıq:

“Naxçıvan həkimləri tərəfindən Sayğıdəyər Heydər Oğuza.

Bir ildir Naxçıvanda heç bir həkimlin sığorta maaşı verilmir.

Məlumdur ki, Azərbaycanin bütün bölgələrində TƏBİB yaradılıb. TƏBİB həkimləri minimum 1000 manat əlavə olaraq Sığorta pulu alırlar (təqribi 2000-5000). Naxçıvanda isə TƏBİB yaradılmayıb, həkimlər 500 manat maaş, üstəlik bir ildi sığorta pulu da ala bilmir. Baş həkimlər iclaslarda həkimləri təhdid edir ki, sığorta maaşı istəyəni ele maddəylə işdən çıxarılacaq. Nəticədə bu həkimlər Bakıda da iş tapa bilməyəcəklər. Buna görə də həkimlər xəstəxanaları, Naxçıvani tərk edirlər. Muxtar Respubikada ciddi həkim çatmamazlığı yaranıb. Rayonlarda ümumiyətlə təcılı yardıma orta tibb heyəti baxir. Mərkəzdə isə yalnız Naxçıvan MR Xəstəxanasının təcili tibbi yardım xidməti fəaliyyət gostərir ki, orda belə qeyri-ixtisas həkimləri həyati təhlükəsi olan xəstələrin çağırışlarına gedirlər. Məsələn, qulaq həkimi travmatoloq xəstəsinə baxır, şəkər həkimi nevroloji xəstə qəbul edir. Bəzən də xəstə təcili yardım məntəqəsində gözlədilir ki, həkim evdən gələcək. Bunlarin səbəbi həkimlərin gecə pulu, növbə pulu, sığorta pulu ala bilməməsidir. Naxçıvada insanlar müalicə olunmaq üçün düz-əməlli həkim tapa bilmirlər.

 “Zəbur Bağırovun xəstəxanasını son 1 ildə 16 peşəkar həkim tərk edib”

Uşaq xəstəxanasının təcili yardım xidmətindən isə ümumiyətlə danışmağa dəyməz. Xəstəxanada cərrahi və pediyatrik həkim tapılmır. Naxçıvanda heç bir heç həkim pezidenti bitirdikdən sonra bu diyarda qalmır, başqa rayonlarda gedib işləyirlər. Çünki başqa rayonlarda TƏBİB var, yüksək maaş verilir.

Naxçıvan MR Xəstəxanasını son bir ildə tərk eden həkimlərin siyahısı:

1.Qoçəli həkim (Rentgenoloq);

2.Zakir həkim (Nevroloq);

3.Cəbi (Cərrah);

4.Abbas (Pulmonoloq);

5.Elşən (Travmatoloq);

6.Tahirə (Reanimatoloq);

7.Adil (Travmatoloq);

8.Həbib (Cərrah);

9.Mahmud (Travmatoloq);

10.Vuqar (Travmatoloq);

11.Xalidə (Hematolog);

12.Ruslan (LOR həkimi);

13.Anar (Uroloq);

14.Vusal (Uroloq);

15.Həsən (Uroloq);

16.Nurməmməd (Proktoloq)


Bir daha nəzərınızə çatdırırıq ki, bunlar hələ 1 xəstəxananı tərk edən həkimlərdir. Hansı ki, həmin xəstəxanaya Zəbur Bağırov adlı saxta uzman diplomlu həkim, Naxçıvan Ali Məclisinin deputatı rəhbərlik edir

Muxtar Respublika xəstəxanasının yuxarıda adı çəkilən bütün həkimləri təhdid, maaşsızlıq, hörmətsiz rəftar və pis rejim ucbatından Naxçıvanı tərk ediblər. Digər xəstəxanalar da ondan fərqli deyil. Əhali ciddi həkim çatmazlığı təhlükəsiylə üz-uzədir”.

Geri qayıt