Əsas Səhifə > Ölkə, Manşet > İDDİA: FHN-də YOXLAMALAR BAŞLAYIB...

İDDİA: FHN-də YOXLAMALAR BAŞLAYIB...


9-01-2023, 10:25
İDDİA: FHN-də YOXLAMALAR BAŞLAYIB...
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun personası ətrafında bir müddət əvvəl başlayan müzakirələr yenidən qızışıb.

FHN-dəki intim videoların və şəhid qızının nazirlikdə baş tutan xınayaxdı mərasiminin ardınca ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı qalmaqalın ortaya çıxması müzakirələrə yeni rəng qatıb.

Nazirin kariyerasının ciddi təhlükə ilə üzləşdiyi indi heç kimdə şübhə doğurmur.

Paytaxt.org Heydərovla bağlı maraqlı məlumatlar əldə edib.

Beləki, FHN-dəki mənbənin saytımıza bildirdiyinə görə, Kəmaləddin Heydərov özü də nazir postu ilə vidalaşmalı olduğunun fərqindədir. Mənbə deyib ki, FHN başçısı hələ B.Hacıyev qalmaqalından əvvəl könüllü şəkildə vəzifədən getməklə bağlı qərar qəbul edib.

FHN-də məsul vəzifə tutan həmin şəxsin dediyinə görə, Kəmaləddin Heydərov bir müddət əvvəl Hesablama Palatasına müraciət edərək, nazirliyin fəaliyyətinin hərtərəfli yoxlanmasını xahiş edib. Onun sözlərinə görə, Hesablama Palatasının peşəkar əməkdaşlarından formalaşan komissiya artıq bir neçə həftədir ki, FHN-nin fəaliyyətini təftiş edir.

Mənbə K.Heydərovun bu addımını belə izah edib:

“Kəmaləddin müəllim vəzifədən gedərkən dövlətə borclu qalmaq istəmir. O istəmir ki, yeni nazir onun fəaliyyətini yoxlatdırıb hansısa nöqsanı üzə çıxarsın. Yol verilmiş nöqsanları hələ vəzifədəyikən düzəltmək istəyir ki, işdən çıxandan sonra heç kim arxasınca danışmasın”.

FHN əməkdaşı iddia edib ki, Heydərov yaxın günlərdə istefa ərizəsini dövlət başçısına təqdim edəcək. Mənbə iddia edib ki, Talıbovdan sonra bank hesablarına və əmlakına əl qoyulması yeni hədəf olaraq Kamaləddin Heydərovun rəhbəri olduğu nazirlikdə aramsız təftişləraparılır.
//Paytaxt.org//
Geri qayıt