Əsas Səhifə > Ölkə, Manşet > Hakimiyyətin yuxarı eşalonu SİLKƏLƏNİR...
Hakimiyyətin yuxarı eşalonu SİLKƏLƏNİR...18-01-2023, 11:26 |
DİA.AZ: - Bir neçə gün əvvəl belə bir informasiya yayıldı ki, Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir. DİA.AZ bildirir ki, bu xəbərə paralel olaraq yerli KİV-də Rusiya yanlısı kimi təqdim olunan Yaqub Eyyubovun xaricə astrinomik məbləğdə vəsait çıxarması da ictimailəşdi. Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, Yaqub Eyyubov adı gedəcəklər siyahısında olan yeganə şəxs deyil. Mənbənin söylədikləri: "Eyni zamanda Maliyyə Naziri Samir Şərifov da işdən çıxarılacaq. Samir Şərifov hələ "ABB işi" zamanı həbsdən canını qurtara bilmişdi. Samir Şərifovdan savayı, yeni kadrlardan bəziləri - konkret olaraq Kənd Təsərrüfatı Naziri İnam Kərimov da görəvdən alınacaq. Kəmaləddin Heydərovun FHN şefi postunda son günlərini keçirdiyi mətbuatda yazılıb və həqiqətdir". Mənbə dia-az.life-a açıqlamasında eyni zamanda NK strukturlarında total təmizləmələrə gediləcəyini də bildirib. Bizi izləyin. Əlavə bilgilərimiz olacaq... Geri qayıt |