Əsas Səhifə > Ölkə, Manşet > İmişlidə təhsilin tək dərdi ayaqyolu deyil ki...
İmişlidə təhsilin tək dərdi ayaqyolu deyil ki...23-01-2023, 12:55 |
22.12.2022-ci ildə İmişli rayon Yalavac kənd orta məktəbin kimya müəlliməsi Aynur Niftalıyeva ilə kollektiv arasında təntənəli vida görüşü keçirilmiş, Aynur Niftalıyeva elan etmişdir ki, İmişli şəhər 1 saylı Orta Məktəbin direktoru vəzifəsinə təsdiq edilir, bununla bağlı A.Niftalıyeva facebook hesabında paylaşımlar etmiş, onu təbrik edənlərə təşəkkürünü bildirmişdir. Qeyd edilənlərlə bağlı 1 saylı Orta Məktəbin müəllim kollektivinə xəbər çatdıqdan sonra 23-24 dekabrda müəllimlər bildirmişlər ki, Niftalıyevanın məktəbə direktor təyin edilməsinin əleyhinədirlər, bu haqda Təhsil Nazirinə ünlanlanmış imza toplayacaqlar. Müəllimlərin onun əleyhinə olduqlarını eşidən Niftalıyeva onları qorxutmaq, fikirlərindən daşındırmaq qərarına gəlmiş, bunun üçün İmişlidə Polisdə işləyən qardaşı Elsevər Niftalıyevin köməyindən istifadə etmiş, 26.12.2022-ci ildə 1 saylı Orta Məktəbə polis əməkdaşları göndərmişdir. 26.12.2022-ci ildə 2 Polis əməkdaşı üzərlərində dəyənək, ratsiya, silah məktəbə gələrək onları 1 saylı Orta Məktəbin direktorunun qardaşı Elsevər Niftəliyevin göndərdiyini bildirib, bir müddət məktəbin həyətində gözətçilik etmişlər. Polislərin A.Niftalıyeva tərəfindən göndərilməsindən şagird, müəllim və valideynlər möhkəm qorxmuş, güclü ruhi həyəcan keçirmişlər. Sonra polislər məktəbin binasına daxil olmağı tələb etmişlər. Məktəbin binasına, müəllimlər otağına daxil olan polislər məktəb direktorunun qardaşı Elsevər Niftəliyev tərəfindən göndərildiyini bir daha xatırlatmış və o əmr verənə kimi məktəbi tərk etməyəcəklərini bildirmişlər. Məktəbin rəhbərliyi ilə uzun sürən danışıqlardan sonra polislər getməyə razılıq vermişlər. Məktəbdə təhsil alan şagirdlərin valideynləri belə qanunsuz hərəkətlərə etiraz etmiş və Təhsil Nazirliyini etinasız yanaşmamağa çağırmışlar. Valideynlərin Təhsil Nazirliyinə etdikləri müraciətə cavab verilmir, anormallıq ört-basdır edilir. Özünü direktor kimi elan edən İmişli rayon Yalavac kənd orta məktəbin kimya müəlliməsi Aynur Niftalıyeva bir neçə aylar öncədən başlayaraq, həftədə 1 dəfə İmişli rayon Təhsil sektorunun rəhbəri Vahid Tağıyevin qəbuluna gəlmiş, hansısa ciddi məsələni saatlarla müzakirə etmişdir. Təxmin edilir ki, Vahid müəllim Aynur xanımın direktor təyinatını həll edir, ona yardımçı olurmuşdur. Qeyd: İmişli Təhsil sektorunun rəhbəri məhşur Vahid Tağıyevə arxalanan Aynur Niftalıyeva sosial şəbəkə vasitəsi ilə direktor təyin olunması barədə paylaşımlar etməklə, pedaqoji-müəllim heyətində narahatlıq yaratmaq üçün qardaşı Elsevər Niftaləyevin köməkliyi ilə məktəbə polis göndərərək görəsən qabaqcadan haradan bilir ki, direktor təyin olunacaq? Yəqin ki, münəccimlik Vahid müəllimdən keçib. Xəbərdar olun! Növbəti Nostradamus peyda olub! GundemXeber.Az Geri qayıt |