Əsas Səhifə > Ölkə, Manşet > Naxçıvanda polis yenə də KÖHNƏ QAYDA İLƏ İŞLƏYİR?
Naxçıvanda polis yenə də KÖHNƏ QAYDA İLƏ İŞLƏYİR?8-02-2023, 11:07 |
Naxçıvanın DİN, bu günlərdə Babək rayon sakini Vidadi İbrahimovun saxlanıldıqdan sonra çəkilmiş şəklini paylaşıb. DİA.AZ bildirir ki, bu barədə "Gündəlik Naxçıvan" məlumat yayıb. "Gündəlik Naxçıvan" daha sonra bildirir: "Həmin şəkli biz də paylaşırıq. O, narkotik maddələrin dövriyyəsində şübhəli bilinir. Yaxınları onun günahsız olduğunu, saxlanılarkən polislər tərəfindən döyüldüyünü, işgəncəyə məruz qaldığını iddia edir. Vidadi İbrahimovun qaşının və burnunun üstündə, gözünün ətraflarında döyülmə əlamətlərinin olduğu, nazirliyin özünün paylaşdığı şəkildə də açıq-aydın görünür. Polisin, cinayətin dərəcəsindən asılı olmayaraq, vətəndaşı döymək ixtiyarı yoxdur. Qanunla, bu şi görən polisin özü cinayət məsuliyyəti daşıyır. Nazirliyin, döyülən şəxsin şəklini açıq-aşkar paylaşması onu göstərir ki, polis nəinki qanundan, ictimai qınaqdan da çəkinmir. Sizin bu məsələyə münasibətiniz necədir?" Geri qayıt |