Əsas Səhifə > Ölkə, Manşet > Təhsil müdirinin hədəfində olan müəllim Prezidentdən KÖMƏK İSTƏDİ
Təhsil müdirinin hədəfində olan müəllim Prezidentdən KÖMƏK İSTƏDİ27-02-2023, 09:42 |
DİA.AZ: - Hörmətli Cənab Prezident. Dəfələrlə Sizə və müvafiq orqanlara müraciət etməyimə baxmayaraq mövcud vəziyyət nəinki düzəlmək əvəzinə, əksinə Dövlətimizin qanunlarının pozulmasına qarşı barışmaz mövqe tutduğum üçün mənə qarşı məktəbin direktor əvəzi N.Məmmədova, onun havadarları şəxsən Gəncə -Daşkəsən Regional Təhsil şöbəsinin müdiri Anar Qədiməliyev və onun ətrafı, eyni zamanda N.Məmmədovanın əlaltıları tərəfindən təyziqlər dahs güclü xarakter alıb". DİA.AZ bildirir ki, bu barədə Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Zeynalova Elvira Oruc qızının Prezident İlham Əliyevə ünvanladığı müraciətində deyilir. Müraciətində daha sonra narazı təhsil işçisi qeyd edir: "Hesab edirəm bu gün təhsildə eyni zamanda çalışdığım məktəbdə baş verənlər təkcə mənə qarşı yox Dövlətimizə və Şəxsən Sizin Hörmətli Ali Baş Komandan apardığınız uğurlu siyasətə qarşı yönəlmiş xain planların tərkib hissəsidir. Sizdən acizanə surətdə Xahiş edirəm bu gün Gəncə təhsilində at oynadan Anar Qədiməliyev başda olmaqla xəyanətkarlara qarşı çox ciddi ölçü götürülməsinə tapşırıq verəsiniz və məni qəbul edəsiniz". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |