Əsas Səhifə > Ölkə, Manşet > Niyazi Bayramov Gəncəni NECƏ XARABA QOYUR...
Niyazi Bayramov Gəncəni NECƏ XARABA QOYUR...2-03-2023, 09:04 |
Gəncə şəhərində ərazisində “Qanunsuz küçə ticarəti”nin qarşısının alınması məqsədilə hansısa nəzarət-profilaktiki tədbirlər keçirilirmi? Gəncə şəhərinin giriş-çıxışları ,mərkəzi küçə və prospektlərində piyada səkiləri işbazlar tərəfindən zəbt edilməsini hər gün müşahidə edirik.Amma nədənsə müvafiq orqanlar eləcədə icra hakimiyyətinin bu sahəyə məsul olan şəxsləri bu haqda heç bir tədbir görmürlər. Şəhərdə İctimai asayişin qorunmasında bir başa məsul olan polisin paturul naryadları hara baxır? Bəlkə polis səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlayıb onlara İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib etməyi öyrətmək lazımdır? Gəncə şəhərinin giriş hissəsində nəqliyatın hər iki tərəfdən hərəkətini məhdudlaşdıran “daş bazarı”da yaradıblar. Redaksiyamıza videofakt göndərən şəxs iddia edir ki, bu daş yüklü kamazlar hər gün post paturul xidmətinə dayanma-durmaya görə 3 -5 manat pul ödəyirlər. Redaksiya olaraq inaırıq ki, Gəncəni auşuna alan “Qanunsuz küçə ticarəti”inə dur demənin tam zamnı çatıbdır. Həm də onu qeyd edəki, Gəncə Beynəlxalq Avtovağzalının girişində post paturul Xidməti özünə “gestapo” postu qoymaqla vağzalın fəaliyyətini tam iflic edib desək yanılmayın.Bəli bu əslində belədir. Bu avtovağzaldan sərnişinlə çıxan sürücülər də gündəlik haqqa otuzdurulduğu bildirilir.Bəlkə vəzifəli məmurlar bilmirlər ki, bu cür hərəkətlər sərgiləmək bir başa vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə digər cinayətlərə sövq edilməsi deməkdir? Gəncənin daş bazarı və küçə ticarətini əks etdirən videosüjeti təqdim edirik: Dünyanınsəsi.Az Geri qayıt |