Əsas Səhifə > Ölkə, Manşet > Misir Mərdanovu vaxtı çatanda qurban verəcəklər

Misir Mərdanovu vaxtı çatanda qurban verəcəklər


22-01-2014, 11:53
Misir Mərdanovu vaxtı çatanda qurban verəcəklər
DİA.AZ: - Son günlər təhsil sistemi ilə bağlı ilginc faktlar ortaya çıxmaqdadır. Hər halda, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının Gəncə filialından aşkarlanmış saxta diplomlarla bağlı verdiyi açıqlamaları diqqətə alınmalıdır. Görünəni odur ki, deputat Aqiyə Naxçıvanlı birbaşa ittiham hədəfi olmaması üçün artıq daha böyükləri nişan göstərir.

Söhbət zamanında təhsil naziri olmuş və hazırda institut rektoru olan Misir Mərdanovdan gedir. Aqiyə Naxçıvanlının mətbuata verdiyi açıqlamadan da aydın olur ki, əgər istintaq orqanları saxta diploma alveri məsələsinin üzərinə yerisələr, Misir Mərdanovun qolları qandallanacaq.

Xatırladaq ki, anoloji ittihamla bir müddət həbsdə saxlanılan, tanınmış şair Əli Kərimin oğlu, TN-nin sabiq əməkdaşı Orxan Kərimov da çıxış etmişdi. Ümumiyyətlə, aydın olurdu ki, əslində Orxan Kərimov Misir Mərdanov tərəfindən məqsədli olaraq qurbanlıq verilib. Çünki Orxan Kərimov birbaşa olaraq nazirin imzası ilə baş verən bir saxtakarlığın hədəfi idi.

Təbii, bütün bu məsələlər yetərincə araşdırılmır ki, bu da Misir Mərdanovun toxunulmazlığı ilə əlaqədardır. Amma bu toxunulmazlıq əbədiyyət daşımaya bilər. Artıq Mərdanovun rüşvət ocaqları bir-birinin ardından vurulur. Bu ocaqların ən böyüklərindən hesab olunan Sumqayıt Dövlət Universitetinin «qəssab Nadir» kimi tanınan rektoru Nadir Qəhrəmanov vəzifəsindən uzaqlaşdırıldı. Doğrudur, Nadir Qəhrəmanovun da artıq «silisə» çəkildiyi, himayədarlarının və maddi imkanlarının hesabına vəziyyətdən çıxdığı haqda xəbərlər yayılmaqdadır.

DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə aydın olur ki, bir neçə dəfə istintaq orqanları məhz qeyd olunan istiqamət üzərə hərəkət etsələr də, prosesin əsas ucunun Misir Mərdanovda dayanması istintaqın geri çəkilməsinə nədən olub: «Lakin vəziyyət dəyişə də bilər. Misir Mərdanovu kimsə «mumiyalayıb» sonna qədər hifz etmək fikrində deyil. Gərəkən anda onu da qurban verəcəklər. Sadəcə olaraq indi baş verənləri məhz həmin dönəm üçün tədarük də hesab etmək olar».

Geri qayıt