Əsas Səhifə > Ölkə, Manşet > 12 saylı cəzaçəkmə müəssisənin rəhbəri Vasif Talıbova BİƏT EDİR

12 saylı cəzaçəkmə müəssisənin rəhbəri Vasif Talıbova BİƏT EDİR


7-04-2023, 16:40
12 saylı cəzaçəkmə müəssisənin rəhbəri Vasif Talıbova BİƏT EDİR
"Omaks 3 MTK"-nın rəhbəri Namazov Tapdığın həbs olunmağı barədə ətraflı məlumat vermişdik. Məhkumun bacısının nümayəndəsi hüquqşünas Mübariz Məsimoğlu Namazov Tapdığın incidildiyi barədə məlumat verib. Həmin müraciəti təqdim edirik:

"Bizim çıxışlarımızdan sonra Namazov Tapdığın həbs müddəti 2 il 6 ay azaldıldı. Bu gün isə bizim başqa narahatlığımız var. Namazovun bacısı Zemfira xanım mənə bildirdi ki, qardaşını cəzaçəkmə müəssisəsində incidirlər. İncitmə səbəbləri bir neçə səbəbdən ola bilər. Bu yaxında Tapdıq Namazovun oğlu Emin Namazovu Baş prakurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət ediblər.

Dəvət edənlər Ziyafət Quliyev və Orxan Hacıyev olub. Emin bəy tədqiqatçı Orxan Hacıyev ilə otaqda söhbət edərkən Ziyafət Quliyev ona hücum edir ki, sən niyə Natiq Əliyevin işlərini görmüsən? Natiq Əliyev də Emin bəyin atası Tapdıq Namazovun tutulmasına səbəb olan şəxslərdən biridir, vergilər nazirliyində işləyir, Vasif Talıbovun qohumudur. Məni narahat edən odur ki, Ziyafət Quliyev məhkəmə bitdikdən sonra Emin Namazovu niyə çağırıb dindirir? Marağı nədir? Məqsədi nədir? Emindən hansısa sənədi istəyiblər, hansı ki, o və digər sənədlər hamısı məhkəməyə təqdim edilib, gedib məhkəmədən ala bilərdilər".

Sonra hüquqşünas Mübariz Məsimoğlu baş prokurora müraciət edib:

"Mən burdan cənab baş prokurora müraciət edirəm, əgər məhkəmə hökmü veribsə, prosses bitibsə, həm də Ziyafət Quliyevin iştirakı ilə bunlar olubsa, bu gün niyə Ziyafət Quliyev bu məsələni qaldırır? Xahiş edirəm, bu məsələnin araşdırılması üçün lazım olan tapşırıq versin".

Daha sonra Mübariz Məsimoğlu bildirir ki, 12 saylı cəzaçəkmə müəssisəsinin müavini Babək adlı şəxs Tapdıq Namazova təzyiq edir.

"Zemfira xanım bildirir ki, qardaşını cəzaçəkmə müəssisəsində incidirlər, üç il ərzində bir dəfə müayinə edilməyib, hansı ki, ürəyindən əməliyyat keçirib, ağır xəstə sayılır, adama göz verib işıq vermirlər. Ədliyyə naziri Fikrət Məmmədovdan da xahiş edirəm, bu məsələ nəzarətə götürülsün, Namazovun həyatı təhlikədə ola bilər. Tapdıq ev tikən adam idi, ev yıxan yox. Adamın işi əlindən alınıb, özü də həbs olunub, indi nə istəyirlər bundan?"

Mübariz Məsimoğlu Zenfira xanımın ölkə başçısı İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciətini də qeyd edib:

"Zemfira xanım bu gün ölkə başçısı və xanımı Mehriban Əliyevaya müraciət edir, xahiş edir ki, bu işlər qanun çərçivəsində həll olunsun. Qardaşı səbəbsiz yerə incidilməsin. Adam cəza alıb, qoy cəzasını çəksin. Məhkəmə hökmü olandan sonra niyə məhkumun oğlu çağırılır?"

Sonda Mübariz Məsimoğlu müdafiə etdiyi şəxsin Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv fərmanına müraciət edildiyini qeyd edib:

"Bəli, bu gün elə belə adamlar əfv fərmanına salınmalıdır. Xəstə adamdır. Ürəyi zəif, əməliyyat olunmuş yaşlı adamdır. Bu adam daim ölkəsinə, vətəninə, dövlətinə bağlı insandır. Mən bu adamın bütün qohumlarını tanıyıram, hamısı dövlətini, millətini sevən insanlardır"

DİA.AZ sözügedən video-muraciəti təqdim edir:


Geri qayıt