Əsas Səhifə > Ölkə, Manşet > Bəhram Abbasov yenə də narazılıq yaradır...
Bəhram Abbasov yenə də narazılıq yaradır...3-05-2023, 09:58 |
Şikayət edən vətəndaş, media vasitəsi ilə Baş prokuror Kamran Əliyevdən kömək istəyir. Redaksiyamıza daxil olan şikayət mətnini olduğu kimi təqdim edirik. Hörmətli Baş prokuror Kamran Əliyev, sizin dəyərli vaxtınızı almaq istəməsəm də, buna son anda məcburam. Mən Azərbaycan Respublikasının vətəndaşı, İbrahimova.K.Ə qızı, 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm.YAP-ın VI qurultayının nümayəndəsiyəm.Cənab Prezident İlham Əliyev tərəfindən cümhuriyyətin 100 illiyi ilə əlaqədar medalla təltif olunmuşam.Xarici İşlər Nazirliyi tərəfindən iki dəfə təşəkkürnamə almış, dövlətimə və dövlətçiliyə sadiq bir vətəndaşam. Bildirmək istəyirəm ki, Hesablama Palatasının Dövlət İnvestisiyasının auditi şöbəsinin sabiq müdiri,Abbasov Bəhram cinayət məsuliyyətinə cəlb olunsada,öz ampulasında hələdə çirkin əməllərini davam etdirir, və etdirmək də, iddialıdır. Hörmətli Baş Prokuror cənab Kamran Əliyev adını çəkdiyim şəxs, Abbasov Bəhram haqqında cinayət işi, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində çox saylı şikayətlər əsasında Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, icraatı Bakı Ağır Cinayətlər Məhkəməsinə verilsədə, cinayətkar şəxs ölkə daxilindən kənara hansısa qüvvələrin, və əlaqələrinin geniş olmasından istifadə edərək ölkə xaricinə maneəsiz giriş-çıxış edə bilir. Biz Abbasov Bəhram Yaqub oğlu ilə 2011-ci ildə tanış olduq və bizim ailəvi münasibətimiz yarandı.Bir müddət sonra mənə məlum oldu ki, Abbasov Bəhram Yaqub oğlu,dövlət qurumunda yüksək post tutan vaxtdan müxalifət partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədova məxsus Bakı şəhərində yerləşən torpaq sahəsində, yüksək mərtəbəli binaların tikintisi ilə, məşğul olur.O, müxalifət lider, Etibar Məmmədovla biznes fəaliyyətinə başlayan vaxtı Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət İnvestisiyasının auditi şöbəsinin müdiri vəzifəsində işləyirdi. Hətta Bəhram Abbasovla şəxsi söhbətlərimiz zamanı o, dəfələrlə mənə bildirmişdir ki, “Azərbaycan hakimiyyəti düzgün siyasət aparmır, mən onların yerinə olsam daha yaxşı siyasət apararaq ölkəmizin nüfuzunu qaldıraram’ Həmçinin Bəhram Abbasov mənimlə şəxsi söhbətləri zamanı onu da deyirdi ki, “Biznes qurmaq məqsədi ilə ayrı-ayrı şəxslərə 3-4 milyon manata yaxın pul verib”.bu faktor onu bildirir ki, Bəhram Abbasov ayrı-ayrı şəxslərə kreditlər vermiş və həmin müqavilələr üzrə əldə etdiyi yüksək gəlirlərdən dövlətə vergi ödəməmişdir. Cənab Baş Prokuror Kamran Əliyev sizdən xahiş edirəm ki, yuxarıda göstərilən Abbasov Bəhram Yaqub oğlunun Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət İnvestisiyasının auditi şöbəsinin müdiri vəzifəsində çalışdığı vaxta,dair onun əmək fəaliyyətinin araşdırılmasında, əldə etdiyi milyonlarla pul vəsaitinin mənimsəməsinə, ölkədən xaricdə fəaliyyət göstərən müxalifət üzvülərini maliyyələşdirilməsi faktının araşdırılmasına dair göstəriş verəsiniz. Rəbbim sizi qorusun. Nəzərinizə çatdıraq ki, “Konstra” MMC şirkəti də, Abbasov Bəhrama məxsusdur şirkəti isə Bəhram Abbasovun oğlu Bəsrət Abbaslı idarə edir. Bəhram Abbasov mediaya tanış adlardan biridir, ona görə ki bu şəxs 100 dən çox vətəndaşın pullarını dələduzluq yolu ilə mənimsəyib. Maraqlı tərəfi odur ki, yani həqiqətən barəsində cinayət maddələri açılan şəxs ölkədən kənara maneəsiz hərəkət edir? İnanırıq ki, bu məqaləmizdən sonra aidiyyatı qurumlar məsələ ilə bağlı araşdırma aparacaq. Yazıda adı keçən şəxsləri media qanunlarına əsas tutaraq dinləməyə hazırıq. Mövzunu diqqətimizdə saxlayacağıq. XalqXeber.Az Geri qayıt |