Əsas Səhifə > Ölkə, Manşet > Şikayətçilərə cəmi yarım saat vaxt ayıran Azad Rəhimov
Şikayətçilərə cəmi yarım saat vaxt ayıran Azad Rəhimov1-02-2014, 13:33 |
DİA.AZ: - Gənclər və idman naziri Azad Rəhimovla bağlı redaksiyamıza maraqlı məlumatlar ötürülüb. Hər halda, redaksiyamızın elektron ünvanına daxil olan bu informasiyaların əksəriyyətinin dəqiqləşdirmə imkanları məhdud olsa da, bir məsələni vurğulamaq yerinə düşər ki, açıqlanan faktların bəzilərinin bənzəri yerli mətbuatda səslənsə də, bu günə kimi təkzib olunmayıb. Beləliklə, özünü «gənclərin təəssübkeşi» kimi təqdim edən oxucumuzun DİA.AZ-a yolladığı faktlarla tanış olun: «Azad Rəhimov bəlkə də bugünkü nazirlər içində ən çox əyləncəyə meyilli olanıdır. Elə buna görə də onunla hətta işçiləri belə bu xasiyyətinə uyğun olaraq münasibətlərini qururlar. Məsələn, Gənclər və İdman Nazirimiz azart oyunlarına meyillidir. Eyni zamanda Azad Rəhimov əyləncəli məclislərin də tələbkarıdır. Onun bu xarakterik keyfiyyətini nəzərə alan işçiləri nazirin əyalət səfərləri və eləc də ölkə kənarına etdiyi səfərləri zamanı bu faktoru dəyərləndirirlər». Bildirək ki, oxucumuz Azad Rəhimovun rayonlardan birinə etdiyi səfərlə bağlı məlumat verir və iddia edir ki, nazir səfər etdiyi rayonda yerli sakinlərlə, şikayətçilərlə görüşməli olsa da, həmin nəzərdə tutulan rəsmi hissəyə cəmi yarım saat vaxtını ayırıb. Halbuki nazir rayonda bir gün qalıb və bu bir gün ərzində bütün vaxtını əyləncəyə həsr edib. Hətta xüsusi olaraq dəvət edilmiş gənclərin də qatıldığı əyləncəli məclisdə nazirin sərxoş olduğu da bildirilir. Təbii ki, hər bir insan övladı içki içməkdə, əyləncəli gün yaşamaqda tam sərbəstdir. Yəni burada adamın görəvi önəm daşımır. Amma məlumatı verən mənbə bildirir ki, nazirin şikayətçilərə cəmi yarım saat vaxt ayırması sakinlərdə narazılıq yaradıb, etirazla qarşılanıb. Bildirək ki, daxil olan məlumatda konkret olaraq rayonun adı da çəkilib. Bu da hamısı deyil. Redaksiyamıza yazan mənbə olduqca ciddi ittihamlar da səsləndirir. Məsələn, nazirin futbol qumarında külli miqdarda pul uduzmasından tutmuş, onun bahalı əyləncələrə pul sərf etməsinə qədər. Təbii ki, belə yerdə bizlərə yalnız «varlığa nə darlıq» demək düşər… Geri qayıt |