Əsas Səhifə > Ölkə, Manşet > Masallıda məmur işçiləri başına yığdı və HƏDƏLƏDİ...
Masallıda məmur işçiləri başına yığdı və HƏDƏLƏDİ...22-06-2023, 10:30 |
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Nəsimi Nəsibov dünən iclas cağıraraq tabeliyində olan işçiləri hədələyib. Bu barədə idarənin işçiləri Arqument.az-a məlumat veriblər. Onların sözlərinə görə, biznesdən birbaşa meşə sahəsinə direktor təyin olunan Nəsimi Nəsibovun idarəetməsində korporativ maraqlar həmişə ön plandadır. Bu səbəbdən illərlə meşəçilik sahəsində təcrübəsi olan işçilərlə kobud rəftar edir. Direktorun iclas keçirməsinin səbəbi Qəriblər meşəbəyliyində qanunsuz ağac qırıntıları olub. Belə ki, Tariyel Ağayevin meşəbəyi olduğu meşənin 8 saylı dolayında qanunsuz qırıntılarının ictimailəşməsi Nəsimi Nəsibovu hiddətləndirib. Məcbur qalıb, qanunsuz qırıntıları sənədləşdirib və işlik material halına salınmış ağac məmulatlarını idarənin anbarına təhvil verib. İclasda Nəsimi Nəsibov Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazində baş verən özbaşınalıqların ictimailəşməsində işçiləri birbaşa günahkar bilib və mediaya məlumat “ötürən”ləri işdən çıxarmaqla hədələyib. Həmçinin işçilərin telefonlarını araşdıracağını və dinlədəcəyini də sözlərinə əlavə edib. Görünür, Nəsimi Nəsibov vəzifəsindən əlavə hüquq-mühafizə orqanlarının xidməti səlahiyyətlərini də əldə edib… İddialarına görə, direktor iclasda Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılan işçilərin işə bərpasına da münasibət bildirib və əcəb etdiyini deyib. İşçilər media vasitəsi ilə nazir Muxtar Babayevdən Nəsimi Nəsibovun özbaşınalıqlarına “dur” deməsini tələb edirlər. İşçilər bildirir ki, Nəsimi Nəsibovun direktor olduğu müddət obyektiv araşdırılsa, o, cinayət məsuliyyətinə cəlb olunacaq. Xüsusən də Nəsimi Nəsibovun yığılmış cərimələrin ödənilməməsində xüsusi canfəşanlığı diqqət çəkir… //Arqument.az// Geri qayıt |