Əsas Səhifə > Ölkə, Manşet > “Rəsulçu” kimi iqtidar düşərgəsindən qovulan Rza İbadovdan yeni media layihələri
“Rəsulçu” kimi iqtidar düşərgəsindən qovulan Rza İbadovdan yeni media layihələri12-02-2014, 11:26 |
DİA.AZ: - Bir zamanlar məhz keçmiş spiker Rəsul Quliyevlə əlaqələrinə görə, hakim komandadan dışlanan sabiq deputat Rza İbadov yenidən Azərbaycanda siyasi fəallığını bərpa etmək qərarındadır. Xatırladaq ki, bu barədə keçənlərdə də məlumat yayılmışdı və yenidən sözügedən məsələ gündəmə gəlib. Amma bir məsələ var ki, söhbət yayılsa da, Rza İbadovun özündən hər hansı bir hərəkətlənmə yoxdur. DİA.AZ bildirir ki, «Fasebook» sosial şəbəkəsində yayılan xəbərdə qeyd olunur ki, Rza İbadov bu dəfə Azərbaycanda daimi şəkildə aktivliyini bərpa etməkdə maraqlıdır: «Hələlik konkret siyasi xətt nümayiş etdirilməsə də, Rza İbadovun nə indik hakimiyyətə, nə də ki radikal müxalifətə heç bir aidiyyatı olmayacaq». Amma buna rəğmən keçmiş deputatın ölkədəki «problemlərə biganə qalmayacağını» israrla bildirən qaynaq onu da vurğulayıb ki, Rza İbadov eyni zamanda Azərbaycanda yeni media orqanı da təsis etməyi düşünür: «Bilirsiniz ki, Rza müəllim neçə illərdir Avropada yaşayır və həm də elmi fəaliyyətlə məşğuldur. Onun Azərbaycanda sırf olaraq Avropa tərzinə, üslubuna uyğun qaydada yeni mətbuat evi yaratmaq niyyəti var. Buraya qəzetlərin, xəbər portallarının və çap evinin daxil olması da nəzərdə tutulub». Xatırladaq ki, Rza İbadov 2005-ci ilin parlament seçkiləri zamanı hazırki ARDNŞ şefi RövnəqAbdullayevin rəqibi olaraq seçkilərə qatılmışdı. Lakin həmin seçki ili narıncı inqilab tədarükündə olan müxalifətlə yanaşı, Rza İbadov üçün də çox uğursuz oldu. Seçkilərdə uduzdurulması ilə yanaşı, Rza İbadova qarşı cinayət işi açan YAP iqtidarı sonradan bu məsələni sakit şəkildə ört-basdır etməklə əslində sabiq deputata sonuncu xəbərdarlığını da etmiş oldu. Amma indi deyəsən, rəsulçu kimi iqtidar düşərgəsindən dışlanan Rza İbadov yenidən fəallığını bərpa etməkdə maraqlıdır. Bu isə heç də sıradan bir olay kimi qarşılanmamalıdır. Ən azından Rəsul Quliyevin özünün də fəallaşdığı və hətta yeni bir hərəkat təsis etdiyi şəraitdə onun adamı kimi hədəfə çevrilən Rza İbadovun aktivliyini bərpa edəcəyini bəyan etməsi təsadüfi ola bilməz. Geri qayıt |