Əsas Səhifə > Ölkə, Manşet > Zəfər Qurbanov ADAU-da çalışanların MƏXFİ DOSYESİNİ HAZIRLATDIRIR?
Zəfər Qurbanov ADAU-da çalışanların MƏXFİ DOSYESİNİ HAZIRLATDIRIR?12-10-2023, 10:28 |
DİA.AZ: - "Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsinin müvəqqəti icrasından rektorluq təsdiqinə qədər aqrar təhsili yaxın qohumları ilə birlikdə məhv etməkdə davam edir". Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir. Məqalənin əvvəli burada: ADAU bundan sonra belə İDARƏ OLUNACAQ... - İDDİA Məqalənin davamında deyilir: "Maraqlı məqam odur ki, nəyə görə nazir Məcnun Məmmədov bu özbaşınalıq edən, öz qohumlarını vəzifələrə gəirməklə aqrar təhsili məhv edən Zəfər Qurbanova "dur" demir. Günay Rəfiyeva Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilən dönəmdə analıq məzuniyyətində olduğu dönəmdə olması Günay Rəfiyevanın yaxa qurtarmasına gətirib çıxardı. Günay Rəfiyeva elə bil təhsil ocağında deyil... sanki hansısa güc strukturunda kadır şöbəsinin müdiri işləyir. Aqrar universitetin kollektivindən yenidən yaxın qohumları barəsində məlumatlar üçün anket yollayıb... həmin absurd anket Anketdə baxdıqda anlaşılır ki, bu universitet üçün deyil... Polis və hərbidə işləyənlər üçündür bu anket. Zəfər Qurbanov danışanda qanundan danışır... hansı qanunu rəhbər tutaraq 20-30 il universitetdə işləyən bir şəxsin nəslindən-kökündən məlumat almaq istəyir? Onların hamısı, yəni tələb olunan məlumaatlar şəxsi işdə mövcuddur, amma, özünü təriflə məşğul olan Zəfər Qurbanovun əndirabadi kadrı Günay Rəfiyeva "özündən Amerika kəşf edir". Zəfər Qurbanovun bu özbaşınalıqları və özüylə gətirməyə başladığı həlləm-qəlləm kadrları ali təhsil ocağının həm kadrlarını, həm də təhsili məhv edir. İnanırıq ki, qısa zamanda yetkili orqanlar Zəfər Qurbanovu durduracaq..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |