Əsas Səhifə > Ölkə, Manşet > Məmur özbaşınalığı daha bir vətəndaşı İNTİHAR HƏDDİNƏ ÇATDIRIB
Məmur özbaşınalığı daha bir vətəndaşı İNTİHAR HƏDDİNƏ ÇATDIRIB25-10-2023, 08:54 |
DİA.AZ: - Ucar şəhəri H.Əliyev prospekti ev 129 A mənzil 13 sakini Əliyev Nizami Əlisaab oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti tərəfindən mənə qarşı edilən qanunsuzluğa görə intihar etmək həddindəyəm. Belə ki, mən uzun müddətdir ki, Ucar Elektrik Şəbəkəsəində elektrik mantyoru vəzifəsində işləyirəm. 2022-ci ilin sentyabr ayında iş zamanı yüksək elektrik cəryanı vurması nəticəsində ağır xəsarət alıb əmək qabiliyyıətimi itirmişəm.Baxmayaraq ki, uzun müddətdir ki, stasionar müalicələr alıram amma sağalmamışam.Buna görə çox əziyyət çəkirəm. Qanunla mənə əlillik təyin edilməli olsada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə imtina verib qeyd edir ki, «Səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi»... Bu tam qanunsuz imtinadır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vermişdir.Çünki istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığım xəsarətə görə sol qolum işləmir ayaq barmaqlarımı ambutasiya olunub, ayağımı yerə basa bilmirəm köməkçi vasitəsi ilə hərəkət edirəm.Bir ildən çoxdur ki, bulletendə olub müalicələr alsamda əmək qabiliyyətim bərpa olunmayıb. Mənim xəsarətim “Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri. Oynaqların kontrakturası, Hər iki ayağın IV,V barmaqlarının kontrakturası.Dərinin anesteziyası , Çapıqlarda hissiyyat pozğunluğu. Digər dəqiqləşdirilmiş donmaların, termiki və kimyəvi yanığın nəticələri, Sol qulaq seyvanının,sol çiyin qurşağının,sol bazunun bayır səthinin,sağ saidin ön səthinin,hər iki pəncənin alt səthinin III dərəcəli elektrik yanığından sonrakı ağrılı,dartıcı hipertrofik çapıqları.Digər daimi ağrı, Daimi ağrı sindromu. Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri”. Hazırda da əsa vasitəsi ilə güc bəla ilə yeriyirəm sol qolum tamam işləmir.Bəlkədə pul versəydim mənə əlillik təyin edərdilər.Çünki elə adamlar tanıyıram ki, əmək qabiliyyətinə malik tam sağlam olsalarda onlara əlillik təyin edilib. Mənim isə maddi imkanım yoxdur deyə zülm əziyyət çəkirəm süründürməçliyə məruz qalmışam.İşimə qayıtsam işləyə bilməyəcəm çünki sol qolum işləmir yeriməyə çətinlik çəkirəm. Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan. Nazir cənab Sahil Babayevdən və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri cənab Anar Bayramovdan xahiş edirəm bunları nəzərə alıb obyektiv araşdırıb mənə əlillik dərəcəsi təyin olunmasını köməklik göstərəsiniz..." Məsələ ilə bağlı dia-az.life olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq... Geri qayıt |