Əsas Səhifə > Ölkə, Manşet > Rektoru devirməyə hazırlaşırlar - Təhsil sistemində yeni toqquşma mərkəzi yaranıb
Rektoru devirməyə hazırlaşırlar - Təhsil sistemində yeni toqquşma mərkəzi yaranıb22-02-2014, 17:05 |
DİA.AZ: - Srağagün Bakı Dövlət Universitetində baş verən aksiya və bu aksiyanın ardından BDU-da keçirilən görüşdə yaşanılanlar hökumətin də diqqət mərkəzindədir. Bu barədə DİA.AZ-a təhsil nazirliyindəki mötəbər mənbə məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, BDU rəhbərliyi ilə münasibətləri heç də qaydasında olmayan təhsil naziri Mikayıl Cabbarovdan «yuxarılar» baş verənlərə görə hesabat istəyib: «Təbii ki, Mikayıl Cabbarovun verdiyi hesabat Abel Məhərrəmovun ürəyincə olmayacaq». Mənbəmiz iddia edir ki, yaxın günlərdə BDU-nun rəhbərliyinin taleyi ilə bağlı qərar verilə bilər: «Ola bilsin, gələn həftə Abel Məhərrəmov işdən alınsın. Çünki artıq TN rəhbərliyi rektora qarşı tam gücü ilə hərəkət edir». Geri qayıt |