Əsas Səhifə > Ölkə, Manşet > Zakir Fərəcovun başı üzərində qara buludlar - Kürd qruplaşması başçıdan üz döndərib

Zakir Fərəcovun başı üzərində qara buludlar - Kürd qruplaşması başçıdan üz döndərib


25-02-2014, 10:56
Zakir Fərəcovun başı üzərində qara buludlar - Kürd qruplaşması başçıdan üz döndərib
DİA.AZ: - Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun mövqeləri kifayət qədər zəifləyib. Belə ki, keçən ilin sonlarına qədər Bakı şəhər icra hakimiyyətinin başçısı postuna özünü hazırlıqlı görən və hətta bu barədə əvvəlindən təbliğata başlayan Zakir Fərəcov bir yanlışının qurbanı oldu. Bəli, söhbət erkən təbliğatdan gedir. Abşeronun şefi Bakı meriyasının rəhbəri kürsüsünə əyləşə bilməsi üçün tələskənliyə yol verdi və «sevincini» ilk olaraq mətbuatla bölüşdüyündən onun bəlli niyyətinin üstündən «yuxarılar» tərəfindən xətt çəkildi.

Amma sonradan aydın oldu ki, bu işlərdə, daha dəqiqi, Zakir Fərəcovun BŞİH rəhbəri postuna tədarük görməsi ilə bağlı məsələlərin mətbuata ötürülməsində Abşeronun şefi heç də könüllü olmayıb. Məlumat Zakir Fərəcovun yaxın çevrəsi tərəfindən icitimailəşdirilib və bu da onun işinin zərərinə olub.

Bundan sonra Zakir Fərəcov öz yaxın ətrafında «casus» axtarışına çıxdı. Hətta vəziyyə o həddə qədər inkişaf etdi ki, Abşeronun icra başçısı «casus»un müəyyənləşməsi üçün «mükafat fondu» da elan etdi. Bu barədə DİA.AZ-a daxil olan informasiyalarda qeyd olunurdu ki, Zakir Fərəcov Abşeron RİH işçilərinə «kim xaini tapacaqsa, onun mükafatı bir başqa olacaq» şəklində şirnikləndirici təklif də edib. Amma buna rəğmən başçının hər kəsdən şübhələndiyi ortada idi.

Təbii ki, belə bir etimadsızlıq mühütində cərəyan edən idarəçilik «yuxarıların» ürəyincə olmayacaqdı. Bu da sonradan bəlli oldu. Və yayılan məlumatlarda qeyd olunurdu ki, artıq Zakir Fərəcovun yaratdığı şərait onun öz əleyhinə çevrilməkdədir.

Son daxil olan informasiyalarda da qeyd olunur ki, Zakir Fərəcov nəinki BŞİH rəhbəri postundan gözünü çəkmək zorunda qalıb, hətta müdafiə məcburiyyətini də hiss edir. Mənbənin söylədikləri: «Bu gün Abşeron RİH-də müxtəlif dövlət qurumlarının - Hesablama Palatasının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, habelə maliyyə nazirliyi ekspertlərinin yoxlama tədarükündə olduqları faktdır. Bir dalğa gözlənilir ki, bu dalğa ilə Zakir Fərəcov rahatlıqla istefaya göndəriləcək. Hətta icra hakimiyyətində bəzi yetkililərin həbsi belə mümkündür».

Onu da bildirək ki, zaman-zaman iqtidariçi kürd qruplaşmasının himayəsinə güvənən Abşeron RİH rəhbərini son çıxılmaz vəziyyətdən hətta himayədarlarının belə xilas etməsi imkansız kimi görünür. Və bildirilir ki, hətta bəlli qruplaşma icra başçısının arxasından geri çəkilib.

Mövzu diqqətimizdədir. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt