Əsas Səhifə > Ölkə, Manşet > Naxçıvan Gömrük İdarəsindən sürücülərə PUL TƏLƏSİ...
Naxçıvan Gömrük İdarəsindən sürücülərə PUL TƏLƏSİ...31-01-2024, 10:41 |
Naxçıvan Gömrük İdarəsi Sədərək və Culfa keçid məntəqələri ilə əlbir olub, yük maşınlarını tələyə salaraq, sürücülərdən yüksək məbləğdə pul qoparır. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup sürücü məlumat verib. Şikayətçilər deyir ki, Türkiyəyə yola düşməzdən öncə yol xəritəsini izləmək üçün, səfər başa çatana kimi açmamaq şərtilə, gömrük idarəsi maşınların arxasına GPS bağlayır. Bundan sonra sürücülərə xəbərdarlıq olunur ki, əgər səfər başa çatmamış GPS maşından sökülərsə, onlar yüksək məbləğdə cərimələnəcəklər. Lakin, bir neçə saat sonra, səfərin ortasında Sədərk gömrüyündə əməkdaşlar sürücüləri saxlayıb, həmin GPS-ləri məcburi sökür, maşınları isə gömrüyün parkına göndərirlər. GPS açıldıqdan sonra bununla bağlı siqnal dərhal gömrük idarəsinə gedir. Bundan sonra idarə əməkdaşları gəlib, qaydanı pozduğuna görə, cərimə adı ilə sürücülərdən 300-500 manat arası pul alırlar. Sürücülər ödədikləri pulun qarşılığında qəbz istəsələr də, ala bilmirlər. Sürücülərdən Qüdrət Ağayev deyir ki, bu günlərdə bənzər hadisə onun da başına gəlib. Onun başına gələnləri aşağıdakı videosüjtdən izləyə bilərsiniz. Video burada: baxmaq üçün bura tıklayın... Geri qayıt |