Əsas Səhifə > Ölkə, Manşet > Artıq günün günorta çağı vətəndaşın cibinə girirlər...
Artıq günün günorta çağı vətəndaşın cibinə girirlər...15-02-2024, 10:16 |
"Şikayətimin səbəbi "Kapital Bank"dır". dia-az.life bildirir ki, bu barədə Dinarə Əliyeva adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir. Narazı vətəndaş daha sonra davam edir: "12.02.2024 tarixində qardaşım Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Kapital Bankın filialının önündəki ATM-dən pul çıxarmaq istəyib. Kartı daxil etmə bölməsi xarab olduğu üçün NFC ilə nağdlaşdırma edib (20 azn). Daha sonra 5-10 dəqiqə keçib və düşünüb ki, yenidən nağdlaşdırma etsin, kartı yerləşdirib, balans sıfır görünüb. Mobil tətbiqdən baxıb və eyni anda, eyni dəqiqədə 20 azn məbləğin ardıyca balansda olan bütün pulun da (39 azn) eyni qaydada həmin ATM-dən çəkildiyini göstərən qəbz olduğunu görüb. Bu haqda Kapital Banka müraciət edib, lakin Kapital Bank pulu qardaşımın özünün çəkdiyini, edə biləcəkləri heç nə olmadığını deyib. Hər halda orda Kapital Bankın kamerası da var, baxıb dəqiq qərar verə bilərdilər, lakin yola veriblər və maraqlanmayıblar. NFC ilə nağdlaşdırmada bu kimi problem olduğunu daha öncə də eşitmişdim, görünür həqiqət imiş..." Geri qayıt |