Əsas Səhifə > Ölkə, Manşet > Buna görə ETN rəbərinə MÜRACİƏT OLUNDU

Buna görə ETN rəbərinə MÜRACİƏT OLUNDU


26-02-2024, 10:20
Buna görə ETN rəbərinə MÜRACİƏT OLUNDU
Filologiya üzrə fəlsəfə doktoru, müstəqil ekspert Elyar İslamoğlu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuraya və şəxsən ETN rəhhbəri Emin Əmrullayevə müraciət ünvanlayıb. dia-az.life müraciətdə toxunulan məsələnin aktuallığın nəzərə alaraq mətni öz oxucular ilə paylaşır...

Müraciətdə deyilir: "Şagirdlərin məktəbə smart telefon aparması qadağan edilməlidir. Sosial şəbəkələrə və porno saytlara giriş çox rahatdır, şagirdlər istədikləri zaman həmin saytlara və sosial şəbəkələrə daxil ola bilir. Bu da onların tərbiyəsinə və davranşına birbaşa təsir edir. Həm də bəzi şagirdlər sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün istər dərs zamanı, istərsə də tənəffüslərdə xoşagəlməz çəkilişlər edir.

Dərsdən sonra smart telefonun şagirdə verilib-verilməməsinə valideynlər özləri qərar verə bilər. Amma məktəblərə smart telefonun girişi birdəfəlik qadağan edilməlidir.

Övladı üçün narahat olan valideynlər onlara sadə, yalnız zəng funksiyası olan telefon verə bilər..."


Geri qayıt