Əsas Səhifə > Ölkə, Manşet > Ruslan müəllim işçilərin QƏSDİNƏ DURUB?
Ruslan müəllim işçilərin QƏSDİNƏ DURUB?2-03-2024, 11:11 |
" "Azəriqaz" İB bu halda sahə üzrə məsul şəxs tərəfindən Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) pozulmuş olur!" dia-az.life xəbər verir ki, bunu yazan Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı Qaz Kəmərlərinin Sökülməsi sahəsində çalışan işçilərdən birinin haqqlı gileyini ictimailəşdirib. NHMT sədrinin ttəqdim etdiyi müraciətdə deyilir: "Bu gün, yəni 01.03.2024 ci il tarixində iş saatım bitdikdən sonra idarəyə gəldim (səyyar işçi olduğumuz üçün her gün müxtəlif ünvanlara gedirik), qaynaqçı olduğum üçün süd verildi. Çox sevindim ki uzun bir aradan sonra yadlarına düşdü ki, süd verilməlidir. Südü iki-üç aydan bir yadlarına düşəndə verirlər. Baş anbara süd gələndə bizim sahədə gedib gətirir... Amma sevincim uzun çəkmədi. Südün tarixinə baxsanız, siz də görəcəksiniz ki, son istifadə tarixinə 1 gün qalıb. Daha dəqiq desək, saatlar qalıb. Burda sual yaranır... Ələ salıblar bizi? Yararsız qidanı niyə verirlər? Nə düşünürlər? Kobud çıxsa da, belə deyəcəm. Bunu düşünməyə beyin lazımdır, çox güman ki... Hər kimdirsə... BEYİNSİZDİR. Ağlı başında olan adam belə kobud səhvə yol verməz. Süd qaynaqçıya udduğu zəhərin qarşısını nisbətən alsın deyə verilir, zəhərləmək üçün yox. Deyək ki mən üstündəki tarixə baxmadım, bu qidadan istifadə etdim. Burda daha bir sual yaranır... Cavabdeh şəxs kimdir? Bu gun anbardara deyirəm, bu nədir? Deyir, mənə də elə veriblər..." Geri qayıt |