Əsas Səhifə > Ölkə, Manşet > Ermənilər Bakıda nəinki təhlükəsiz yaşayır, hətta zavod müdiri də ola bilirlər
Ermənilər Bakıda nəinki təhlükəsiz yaşayır, hətta zavod müdiri də ola bilirlər7-03-2014, 10:44 |
DİA.AZ: - Azərbaycanda bəzi yazarlar, vəzifəli vəzifəsiz şəxslər, bir sözlə müəyyən bir qrup təmsilçisi var ki, onlar üçün bu ölkənin dəyərlərini aşağılamaq sanki bir fərqlənmə vasitəsinə çevrilib. Məsələn, sonuncu dəfələrində Əkrəm Əylisli qatıq fikirlərini kitaba köçürdü, ardından da Günel Mövlud adlı birisi bənzərini və daha betərini təkrarladı. Yəni onların dediklərindən belə anlaşılır ki, guya, biz Qarabağı itirsək də, Xocalı dəhşətini və digər faciələri yaşasaq da, erməniləri əzmişik. Əkrəm Əylislinin bu fikirləri niyə yazdığı aydındır. Yəqin köhnə sovet dpnəmində erməni axçilərindən yediklərinin dadı damağından getməyib. Amma Günel Mövludun nəyin müqabilində qatıqladığı anlaşılan deyil... Hər halda, burada hansısa kosmopolit-bambılı təfəkküründan daha çox, fərqlənmə çabası əhəmiyyətli dərəcədə rol oynayıb. Biz isə faktlarla sübut edirik ki, bu gün təkcə elə Bakı şəhərində öz erməni kimliyi ilə 10 mindən artıq vətəndaşımız yaşayır. Yəöni bunca dəhşətlərin müqabilində belə biz onları ƏZMİRİK... Aşağıda təqdim edəcəyimiz fakt isə, onların Azərbaycanda hətta vəzifə başına gəlmələri yolunun da kifayət qədər rahat olduğunu sübutlayır. Azərbaycanın ən iri zavodlarından birinin rəhbəri erməni əsillidir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, həmin şəxs indiyə qədər baş nazir Artur Rəsizadə tərəfindən himayə olunub və hazırda nəhəng zavodlardan birinin direktoru olmaqla yanaşı, hakimiyyət dairələrində kifayət qədər yüksək nüfuz sahiblərindən biridir. Ən maraqlısı isə, onun Azərbaycanın qanunverici orqanı ilə də sıx tellərlə bağlı olduğunu oxucularımızın diqqətinə çatdırmışdıq. Bu şəxs öz erməni milli kimliyini illər öncədən hakimiyyətdəki havadarlarının dəstəyi ilə gizləyə bilmiş və hazırda rəsmi olaraq «azərbaycanlı» adı və soyadı ilə cəmiyyətdə də ciddi nüfuz sahiblərindən biri kimi tanınmaqdadır. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, sözügedən zavod direktoru tələbəlik illərindən öncə öz adını və soyadını dəyişdirib. Hətta onun əsl yaşının yeni adla 4 il qabağa çəkildiyi də qeyd olunur. Belə ki, hazırda rəsmi sənədlərdə (azərbaycanlı ad və soyadı ilə red.) onun 40 yaşının olduğu göstərilsə də, əslində bu şəxsin 44 yaşının olduğu iddia olunur. Bu haqda bizə məlumat verən mənbə iddia edir ki, sovet hakimiyyəti dönəmində onun yaxınları arasında keçmiş KQB sisteminə bağlı olan müəyyən insanlar bir sıra məsələlərdə bu şəxsin də yardımından faydalanıblar. Məhz həmin xidmətləri nəzərə alınaraq, sonradan onun öz milliyyətini dəyişməsinə və hətta ali məktəbə qəbul olunmasına hakimiyyətdəki bəzi məmurlar səviyyəsində ciddi dəstək verilib. Sovetlər birliyinin çöküşündən sonra isə onun ən böyük arxa-dayağı Azərbaycanın indiki baş naziri Artur Rəsizadə olub. Məhz A.Rəsizadənin dəstəyi sayəsində o, illərdir ölkənin ən nəhəng zavodlarından birinin rəhbəri olmaqla yanaşı, hətta ictimai-siyasi proseslərdə də özünəməxsus yerə sahibdir... Bu istiqamətdə araşdırmalarımız davam edir və yaxın vaxtlarda haqqında söhbət açdığımız adamın adını sizə təqdim edəcəyik. Bizi izləyin... Geri qayıt |