Əsas Səhifə > Ölkə, Manşet > Ağdaş sakini pensiyasının qanunsuz olaraq kəsildiyini iddia edir

Ağdaş sakini pensiyasının qanunsuz olaraq kəsildiyini iddia edir


11-04-2024, 12:48
Ağdaş sakini pensiyasının qanunsuz olaraq kəsildiyini iddia edir
Ağdaş rayonu, Malay kənd sakini Abdullayev Samir Cavaşir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir:

“Mən, Abdullayev Samir Cavaşir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Belə ki, haqsızlıqlar adamı çox yorur. Uşaq vaxtından yıxılaraq ağır xəsarət almışam və böyrəyim ciddi zərər görmüşdür. Bir çox müalicələr almışam, sonda isə faydası olmadığından bir böyrəyim götürülüb.

2009-cu ilə qədər böyrəyimin birinin olmadığına görə pensiya almışam. Ondan sonra qanunsuz yerə pensiyamı kəsiblər.

Böyrəyim olmadığına görə məni əsgərliyə də aparmadılar. Tanıdığım, bildiyim başqa şəxslər də var, onlarda da bir böyrək yoxdur deyə pensiya verilir, mənim pensiyam isə kəsilib. Bu nə deməkdir?! Belə çıxır ki, kim rüşvət verir ona pensiya verilir, verməyənə pensiya düşmür?! İnanmıram ki, bu qədər özbaşınalıq başqa hansısa dövlətdə ola. Böyrək öz-özünə əmələ gəlmir ki, deyələr sağalacaqsan.

Mənim kimi xəstələrin pensiya alması, mənim pensiyamın isə kəsilməsi heç düzgün deyil. Həkimlər mənə deyirlər ki, yalandan müraciət etmə, onsuz da sənə pensiya düşməyəcək. Niyə, bəlkə xəbərim yoxdur ki, böyrəyim bərpa olunub?! Bu dövlətin qurucu prezidenti var, amma dövləti dağıdan, talayan məmurları daha da çoxdur. Rüşvətxorluq baş alıb gedir”.

Geri qayıt