Əsas Səhifə > Ölkə, Manşet > "Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?"
"Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?"9-05-2024, 10:56 |
dia-az.life olaraq Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı tərəfindən dənizdə və quruda işləyən sıravi neftçilərin əməkhaqqılarının artırılması məsələsinə xüsusi diqqət ayırmaqdayıq. ƏLAQƏDAR YAZI: "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR... Qeyd edək ki, bu olaya sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunmaqdadır. Bunu nəzərə alaraq dia-az.life növbəti neftçi şikayətini təqdim edir. Beləliklə neft çalışanları adından edilən müraciətdə deyilir: "Fəhlələri adam yerinə qoymurlar. 400-600 manata neftçi saxlayarlar? Bunun adı rəsmən qansızlıqdır, amansızlıqdır, zülümdür, ölkənin inkşafina, inkişaf göstəricilərin, ölkənin inkiuşafı üçün dəridən-qabıqdan çıxan ölkə rəhbərliyinə xəyanətdir. 500 manata yox eee... heç 1000 manata da neftçi ailə saxlaya bilməz... Anlamırlar bunu yuxarıda oturanlar? Təhsili bərbad gündədir. 1 uşağın hazırlığına, geyiminə, yoluna ən azından 400-500 lazımdır.... Bəs usaq sayı 2-dirsə? Bəs yemək? Bəs kommunal xərclər? Dərmanlar? Geyim... cərimə? Yol-filan pulu? Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?" Geri qayıt |