Əsas Səhifə > Ölkə, Manşet > Meşə heyvanlarının SAHİBİ DÖVLƏT DEYİLMİ?
Meşə heyvanlarının SAHİBİ DÖVLƏT DEYİLMİ?13-05-2024, 09:38 |
"Bu şəxs müxtəlif sosial media hesabları ilə kirpi satışı ilə məşğuldur. Kirpiləri təbiət ərazisindən tutduğunu özü etiraf edir (detallar şərhdə). Çox güman ki, heç bir icazə kağızı filan yoxdur..." dia-az.life xəbər verir ki, bu məlumat "EcoFront"un səhifəsində paylaşılaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xitab olunub. VİDEO BURADA: baxmaq üçün BURA TIKLAYIN... "Ümumiyyətlə sosial mediada bu kimi hallarla tez-tez rastlaşırıq" deyən qurum fəalları daha sonra bildirirlər: "Bəzi məşhur satış veb səhifələrində (tap.az, lalafo.az və s.) konkret bazardır. Bu kimi halların qarşısının alınması məqsədilə həmin, çox bilinən səhifələrə öz platformalarına filter tətbiq etməsi ilə bağlı müraciət etməyi planlaşdırırıq. Səhifələrdə kirpi, qartal, şahin və s. açar sözlərlə paylaşılan elanlar avtomatik silinsin. Beləliklə qeyri-qanuni saxlanılan, satışa çıxarılan heyvanların sayını xeyli azaltmış olacağıq..." Geri qayıt |