Əsas Səhifə > Ölkə, Manşet > Keçmiş məmura doğmaca bacısı oğlundan şok ittiham
Keçmiş məmura doğmaca bacısı oğlundan şok ittiham15-03-2014, 15:05 |
DİA.AZ: - Redaksiyasımıza Neftçala rayon sakini Natiq Muradov tərəfindən şikayət məktubu daxil olub. DİA.AZ bildirir ki, bu barədə guneminfo.az portalı xəbər yayıb. Şikayətçi yazır ki, o İmişli və sabirabad rayonlarının keçmiş icra başçısı Əbylfəz Ağayevin bacısı oğludur. «2002-ci ildən 2012-ci ilə qədər Əbülfəz Ağayev başçı işlədiyi dönəmlərdə Sabirabad və İmişlidə sürücüsü olmuşam. Ona heç bir xəyanətim olmayıb, dost kimi hətta ev işlərində belə çalışmışam. Və Əbülfəz Ağayev İmişlidə icra başçısı işləyəndə bütün taladığı mülkləri mənim adıma rəsmiləşdirib. Lakin mənim etibarımdan istifadə edəndən sonra məni küçəyə atdı. Öz şəxsi mənafeləri üçün istifadə edən dayım Əbülfəz Ağayev hətta mənim kolxoz mülkiyyətçisi olaraq payıma düşən «ZİL» markalı yük maşınımı da ələ keçirdi. Mən əmlakını geri almaq üçün məhkəməyə müraciət etmişəm. Lakin Neftçala rayon Məhkəməsinin hakimi ilə dayım Əbülfəz Ağayev gixli şəkildə anlaşaraq 2013-cü ilin iyul ayının 31-də mənə qarşı saxta qərar çıxarıb. Mənim mülkiyyətimdə olan MMX 554 ZİL , dövlət nömrə nişanı 47 BC 014 olan avtomaşını əldə edə bilmirəm. Məhkəmə qərar çıxardı ki, mən Əbülfəz Ağayevə 10 100 manat ödədikdən sonra maşını əldə edə bilərəm. Lakin mən əmlakımı əldə etmək üçün yenidən məhkəməyə müraciət edəcəm. Dayım bilir ki, mən halal əmlakımı geri almaq üçün mübarizə aparacam. Ona görə də hər yerdjə məni hədələyir, təhdid edir. Lakin mən geri çəkilən deyiləm. Əbülfəz Ağayevin sürücüsü olduğum zamanlarda etdiyi bütün qanunsuzluqlar barədə danışacam» deyə şikayətçi bildirir. Natiq Muradov deyir ki, dayısı, sabiq icra başçısı Əbülfəz Ağayev Neftçalada böyük biznes imperiyası qurub. Hazırda Əbülfəz Ağayev «Neftçala –balıq əmtəə» ASC-nin rəhbəridir. Sabiq icra başçısının rayonda 500 hektara yaxın torpaq sahəsinin olduğu deyilir. Hətta Əbülfəz Ağayev şəxsi əyləncəsi və istirahəti üçün icra başçısı olduğu dönəmlərdə özünə yaxta da aldırıb. Əbülfəz Ağayevin bacısı oğlunun dedikləri bununla da yekunlaşmır. Onun icra başçısı olduğu dönəmlərdə Sabirabad və İmişli rayonlarında ələ keçirdiyi əmlakları, imzalanan sənədlərdəki inanılmaz həcmdə rəqəmləri də məhz şikayətçi Natiq Muradov imzalayıb. Yaxın günlərdə N.Muradovun verdiyi digər məlumatları da təqdim edəcəyik. Bizi izləyin. Və yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |