Əsas Səhifə > Ölkə, Manşet > «Səlim Müslümovun məqsədi Fizuli Ələkbərovdan qisas almaq idi» - Nazirlik daxilindən

«Səlim Müslümovun məqsədi Fizuli Ələkbərovdan qisas almaq idi» - Nazirlik daxilindən


17-03-2014, 11:44
«Səlim Müslümovun məqsədi Fizuli Ələkbərovdan qisas almaq idi» - Nazirlik daxilindən
DİA.AZ: - Keçən ilin 22 oktyabr tarixində əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin olunan Səlim Müslümovla bağlı redaksiyamıza maraqlı bir informasiya ötürülüb. Nazirlikdəki mötəbər mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, ilk günündən keçmiş ƏƏSMN şefi Fizuli Ələkbərova qarşı aqressiyasını ortaya qoyan Səlimm Müslümov özü ilə bərabər nazirliyə gətirdiyi kadrlar qarşısında şok bir tapşırıq da qoyubmuş.

Mənbənin söylədikləri: «Səlim Müslümovun məqsədi Fizuli Ələkbərovdan qisas almaq idi. Onların arasında köhnədən ədavət var. Yeni nazir də qisas alma fürsətini əldə etdiyini zənn etdi. Əslində bu gün istənilən bir nazirliyin əksər əməkdaşlarını həbsə atdırmaq üçün yetərincə faktlar var. Amma Səlim Müslümov həmin tipli faktları ortaya ataraq bir az manipulyasiya etdi. Hədəfdə isə kimsə yox, Fizuli Ələkbərovun özü idi».

«Onu nəhayətdə durdurdular» deyən mənbə iddia edir ki, Səlim Müslümovun adamları da hazırda rüşvət alırlar: «Bu faktdır. Bu gün Fizuli Ələkbərovdan qalma kadrlardan Səlim Müslümovun adından pul yığılır. Kimi vəzifəsini qoruya bilməsi üçün, kimi də ümumiyyətlə, həbs olunmaması üçün. Yəni əgər söhbət rüşvətə qarşı mübarizədən gedirsə, indiki şəraitə görə günahkar kimdir? Hər halda, Səlim Müslümovun adamlarının bugünkü əməllərinə görə də Fizuli Ələbərovu sorumlu tutmaq olmaz».

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq…

Geri qayıt