Əsas Səhifə > Ölkə, Manşet > `Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır?

`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır?


12-06-2024, 11:17
`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır?
Bir neçə gün əvvəl Dia-az.İnfo olaraq "Müştəriyəm Şikayətim Var" sosial qrupunda Çinarə Əliyeva adlı istifadəçinin paylaşımın təqdim etmişdik.

`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır?

Narazı vətəndaş yazırdı: "Təxmini 2 il öncə "Baku Electronics"dən kondisioner almışıq... "Yoshiro" markalı...

Qışda istilik vermirdi, səs salırdı... Zəmanətlə gəlib düzəltdilər, yenə də xarab oldu...

2-3 dəfə gəlib getdilər... düzəldi...

İndi isə soyutma rejiminə qoşmuşuq, suyu içəri verir... Bütün evi su basır...

Belə "brakovınnıy" mallarını niyə satırlar camaata, bilinmir..."

Dia-az.İnfo bildirir ki, bu məsələyə olduqca ilginc bir rəy verilib. Olayla bağlı fikrini açıqlayan ekspertin sözlərindən belə aydın olur ki, əslində "Baku Electronics" Azərbaycanda mənşəyi bəlli olmayan elektrik məhsullarını satmaqla məşğuldur.

Bu barədə Elçin Kərimin açıqlamasında deyilir:

""Yoshiro" adlı marka Azərbaycandan başqa heç bir ölkədə yoxdu.
Eləcə də Hoffmann, Taube , Zimmer, Riffel kimi mənşəyi bəlli olmayan alman markası adı altında satılan "noname"lər əslində Çin məhsullarıdı.
İçlərində normal işləyənlər çıxa bilər... Amma bu onların keyfiyyətli olduğu anlamına gəlmir".

Geri qayıt