Əsas Səhifə > Ölkə, Manşet > Rəsmi Bakı ilə Kreml arasında Krım polemikası - Azərbaycan haqlı olduğunu belə sübut etdi

Rəsmi Bakı ilə Kreml arasında Krım polemikası - Azərbaycan haqlı olduğunu belə sübut etdi


28-03-2014, 12:45
Rəsmi Bakı ilə Kreml arasında Krım polemikası - Azərbaycan haqlı olduğunu belə sübut etdi
DİA.AZ: - Məlum olduğu kimi, Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycana bu ölkəyə verdiyi dəstəklə əlaqədar təşəkkür edib. Xəbərə görə, təşəkkür Ukrayna XİN-in rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Azərbaycan dilində yazılan müraciətdə deyilir: “Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!”

Qeyd edək ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan qətnamənin lehinə səs verib. Bundan əvvəl isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Ukraynada stabilliyin bərpasına və problemlərin sülh yolu ilə çözülməsinə tərəfdardır. Nazirin sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: “Azərbaycan ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”.

Amma bu məsələ Azərbaycana heç də asanlıqla başa gəlməyib. Bu barədə DİA.AZ-a diplomatik mənbələrdən informasiya ötürülüb.

Xəbəri verən qaynaq dia-az.life-a açıqlamasında bildirir ki, Azərbaycanın Krım münaqişəsində Ukraynanı dəstəkləməsi Rusiya tərəfindən sakitliklə qarşılanmayıb və hətta Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsilə rəsmi Bakıdan «qardaşyana izahat» da istənilib.

Mənbə bildirir ki, Kremlin bu mövzu ilə bağlı izahatının qarşılığında Azərbaycan XİN tərəfindən Moskvaya müraciət göndərilib: «Həmin müraciətdə Azərbaycanın üzləşdiyi Qarabağ problemi barədə geniş informasiya ilə yanaşı, həm də Krım məsələsində Azərbaycanın fərqli davrana bilməyəcəyi də net şəkildə göstərilib. Eyni zamanda bildirilib ki, Azərbaycan hər zaman bu kimi problemlərə məhz özünün dövlət maraqları aspektindən yanaşıb. Və qeyd olunub ki, Kosovoda anoloji situasiya zamanı Azərbaycan o zaman bütün Avropaya, əksər dövlətlərə qarşı əks cinahda yer aldı və o zaman Rusiya ilə yanaşı dayandı. Və bu zaman da özünün dövlət maraqlarını nümayiş etdirdi. İndi də Azərbaycanın Krım məsələsinə münasibətində hansısa fərqli maraq rol oynamayıb».

Geri qayıt