Əsas Səhifə > Ölkə, Manşet > “Azəriqaz” bu istidə Kürdəmirdə işçiləri işləməyə VADAR EDİR...

“Azəriqaz” bu istidə Kürdəmirdə işçiləri işləməyə VADAR EDİR...


1-08-2024, 10:53
“Azəriqaz” bu istidə Kürdəmirdə işçiləri işləməyə VADAR EDİR...
Dünən Dia-az.İnfo olaraq "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsində müşahidə olunan özbaşınalıqlarla bağlı Neftçilərin Hüquqlarının müdafiə Komitəsinin (NHMT) sədri Mirvari Qəhrəmanlının qaldırdığı bir xüsusatla bağlı məlumat paylaşdıq.

YAZISI BURADA: “Azəriqaz”da əgər rəhbərliyin qanunlardan xəbəri yoxdursa... - İşçilərin hüquqları belə pozulur...

Qeyd edək ki, kifayət qədər ajiotaja nədən olan bu məsələyə hələ də rəsmi münasibət bildirilməyib. Amma buna rəğmən şikayətlər artmaqdadır. Dia-az.İnfo qeyd edir ki, bu barədə narazılığını ifadə edən "Azəriqaz" çalışanı İsmayıl Bağırov bildirir:

"Bütün problemlər Ağsu RQİİ-nin XS-də baş verir. Bu isti havada ölkənin ən isti rayonu olan Kürdəmirdə işçilərə 1 saatlıq yemək fasiləsindən sonra günəş şüası altında işləməyə məcbur edirlər ki, bizə belə bir qərar verilməyib. Deməli, bu idarənin əvvəlki rəisi Osman Beybudov,nə də indiki rəisi Vəli Sadiqov öz işlərinin qura bilməyiblər.İdarə rəisləri "Kərbəlayi"rolunu,baş mühəndislər Nemət,Zaur və hal-hazırkı Elşən Rəhimov isə " Qəmlo " rolunu oynayır.Bunların arasında Taleh Həsənov adlı bir baş mühəndis də vardı həm iş öz qaydasında gedirdi,həm o kiməsə problem yaradırdı,nə də işçilər ondan narazı idi.İşçilərə töhmət veriləndə də onları təhqir edib yazırlar ki, işini vicdansız casına yerinə yetirmədiyi üçün.Poçta,banka ödənməli pulu nəzarətçiyə əl ilə yığmağı məcbur edirlər. Əsas da baş mühəndis Elşən Rəhimov...."

Geri qayıt