Əsas Səhifə > Ölkə, Manşet > Abbas Abbasov Azərbaycan hakimiyyətinə qarşı plandan geri çəkilmək istəyir
Abbas Abbasov Azərbaycan hakimiyyətinə qarşı plandan geri çəkilmək istəyir16-04-2014, 11:20 |
DİA.AZ: - Son prezident seçkiləri ərəfəsində Rusiyanın rəsmi Bakıya qarşı təzyiq rıçaqlarından biri kimi formalaşan və başında Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasovun dayandığı, «Miyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini dayandıra bilər. Bu barədə DİA.AZ-a Rusiyadakı qaynaqlar informasiya verib. Xatırladaq ki, RATİ yaradılarkən Rusiyadakı Azərbaycan diaspora təşkilatlarında da bir parçalanma ovqatı yaşandı ki, bu da rəsmi Bakının haqlı etirazları ilə müşaiyət olundu. Ardından isə tanınmış milyonçuların da qatıldığı bu ittifaq prezident seçkiləri ərəfəsində siyasi gedişləri ilə diqqətə gəldilər. Putinin Bakı səfərinə qədər Azərbaycan iqtidarının əsəbləri ilə oynayan RATİ bu gün faktiki olaraq fəaliyyətsiz durumdadır. Bu barədə dia-az.life-a daxil olan xəbərdə qeyd olunur ki, həm də RATİ sədri Abbas Abbasov rəsmi Bakı ilə münasibətlərini qaydasına salması üçün bu addımı atmaq fikrindədir: «Hələlik bu barədə Kreml bilgiləndirilməyib. Amma Abbas Abbasov özünə yaxın çevrədə RATİ-nin fəaliyyətsizliyinə işarə edərək qurumun buraxılma vaxtının yetişdiyini ifadə edib». Geri qayıt |