Əsas Səhifə > Ölkə, Manşet > Şamaxının kim idarə edir: İcra başçısı, yoxsa... – Rayondakı məmur özbaşınalığını Bakıda da dinləyən yoxdur
Şamaxının kim idarə edir: İcra başçısı, yoxsa... – Rayondakı məmur özbaşınalığını Bakıda da dinləyən yoxdur21-04-2014, 15:44 |
DİA.AZ: - Keçən günlərdə DİA.AZ olaraq Şamaxı sakini Müşfiq Mənəfovun rayonun olqarx-məmuru Kərbəlayi Tağı Həsənovdan giley-güzarla dolu şikayət məktubunu yayınlanışdıq. Bu gün isə daha bir Şamaxı sakini Şamaxı Poçt Filialının müdiri Tağı Əhmədovdan narazılıq edən məktubunu redaksiyamıza yollayıb. DİA.AZ həmin məktubu olduğu kimi diqqətinizə çatdırır: “Şamaxı rayon İcra Hakimiyyətində işləyirdim. Tağı Həsənovun sifarişi ilə yaxın dostu, icra başçısı Asif Ağayev tərəfindən işdən çıxarıldım. Məndən təzyiq vasitəsilə ərizəmi aldılar və işdən azad etdilər. Bir ilə yaxındır ki, hər ay Prezident Administrasiyasında Zeynal Nağdəliyevin qəbuluna gedirəm. Nazirlərin rayonda keçirdikləri qəbullarda olmuşam. Heç bir nəticəsi yoxdur. Təqdim etdiyim ərizələri də Şamaxı rayon İcra Hakimiyyətinə göndərirlər. İcra başçısı da məni ərizə yazdığıma görə polisə də verdi. Əslində rayonu Asif Ağayev deyl, Tağı Həsənov idarə edir. Hətta vətəndaşların qəbulu zamanı Tağı Həsənov tez-tez başçıya kəskin iradlar bildirir, “demaqoq” adamları qəbula buraxmamağı tapşırır. Vakant vəzifələrə Tağı Həsənovun razılığı olmadan təyinat aparılmır. İcra Hakimiyyətində dözülməz vəziyyət yaranıb, ciddi narazılıq var. Aparatın işçiləri başçıdan Prezident Administrasiyasına şikayət teleqramları vururlar. Ancaq nə xeyri, baxan yoxdur ki, yoxdur... Pensiya yaşına 1-2 il qalmış poçta müdir təyin olunan Tağı Həsənovun başqa bir himayədarı eyni zamanda qardaşı, başçının keçmiş iş yoldaşı olan Barat Həsənov Neft Şirkətində tikinti idarəsinə rəhbərlik edir. Asif Ağayev rayondakı əsas gəlirli tikinti işlərini Barata verir. Baratın firması İcra Hakimiyyətinin qarşısındakı meydanda 2 il əvvəl döşənmiş aqlay daşları sökərək yenidən döşətdirib. Amma əvvəlkindən qat-qat keyfiyyətsiz, indidən qopub tökülür. Məktəb tikintilərindən də Barat Həsənov öz pyını götürüb. Neft Şirkəti tərəfindən kurasiya olunan Şamaxı rayonunda yaxın günlərdə Tağı və ya Barat Həsənovun rayona başçı təyin olunacağı söhbətləri yayılıb. Elşən Cəfərov Şamaxı rayonu, Çarhan kəndi” Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |