Əsas Səhifə > Ölkə, Manşet > İşdən çıxarılan icra başçısı həbs oluna bilər - Ağdamda şok yeyinti faktları araşdırılır
İşdən çıxarılan icra başçısı həbs oluna bilər - Ağdamda şok yeyinti faktları araşdırılır25-04-2014, 13:24 |
DİA.AZ: - Aprel ayının 16-da prezidentin müvafiq sərəncamı ilə vəzifəsindən alınan Ağdamın keçmiş icra başçısı Nizami Sadıqovun başı cəncəldədir. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən verilən informasiyada qeyd olunur ki, Ağdam rayon icra başçısı Nizami Sadıqovun bir çox korrupsiya əməliyyatları, maxinasiyaları, qanunsuz pul köçürmələri və s. qaranlıq işləri ilə bağlı hüquqi araşdırmalara başlanılıb. Mənbə bildirir ki, araşdırmalar zamanı məlum olub ki, 2013-cü ildə rayonlar üzrə ən çox maliyyə vəsaiti ayrılan rayon məhz Ağdamdır. Nə az, nə çox düz 38 milyon manat vəsait... DİA.AZ-a daxil olan məlumatda deyilir: «Keçmiş icra başçısı Nizami Sadıqov ayrılan 38 milyon manat vəsaiti yolların təmirinə, tikintisinə, bayraq meydanına, süni təpə tikintisinə, Quzanlı qəsəbəsinin hasarlanması, parkların, səkilərin abadlaşdırılması, qəsəbədə işıq sistemlərinin qurulması, yaşıllaşdırma, İcra hakimiyyəti binasının təmiri, icra nümayəndəlikləri binalarının təmiri və adını çəkmədiyimiz çoxsaylı lahiyələrə xərcləyib. Amma bu lahiyələrin demək olar ki, hamısında maliyyə maxinasiyaları olub. Bu qaranlıq əməliyyatlara uzun illər hüquq mühafizə orqanlarında işləmiş icra başçısı Nizami Sadıqov rəhbərlik edib. Belə ki, Ağdam rayonunda parkların, səkilərin, yolların, inzibati binaların təmiri və tikintisi zamanı ayrılan vəsaitlərdən ciddi şəkildə yeyintilərin aşkar olunmasını maliyyə nazirliyinin rayonda yoxlama apardığı işçiləri də üzə çıxardıb. Ancaq nədənsə üzə çıxarılan maliyyə maxinasiyaları qəflətən maliyyə müfəttişləri tərəfindən ört-basdır olunub». Qeyd edək ki, ayrılan vəsaitlərin xərclənməsindəki yeyintilər əsasən istifadə olunan materialların qiymətlərinin şişirdilməsi, görülən işlərin qiymətlərinin bir neçə dəfə artırılmasından ibarətdir. Məlumat verən mənbəmiz dia-az.life-a bildirir ki, Ağdam maliyyə idarəsinin müdiri Elşad Əhmədov keçmiş icra başçısı Nizami Sadıqovla birləşərək ayrılan vəsaitlərin silinməsində “müstəsna” xidmətlər göstərmişdir: «Bu isə o deməkdir ki, Nizami Sadıqov tək ittiham hədəfi deyil». Məlumata görə, Nizami Sadıqovun başqa bir ortağı isə Quzanlı icra nümayəndəsi Zabil Mehdiyev olub. Çünki xərclənən 10 milyonlarla manat vəsaitin yarısından çoxu Quzanlı qəsəbəsinə xərclənib. Məlumata görə, Nizami Sadıqovun göstərişi ilə Maliyyə İdarəsinin müdiri Elşad Əhmədov bəzi idarə təşkilatlara ayrılan vəsaitdən bir neçə dəfə çox vəsait ayıraraq il ərzində büdcədən qeyri-qanuni olaraq milyona yaxın vəsait çıxardıb. Elşad Əhmədov isə təşkilatlara ayrılan “artıq” vəsaitdən öz payını yetərincə alaraq şəxsi biznesini genişləndirib. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |