Əsas Səhifə > Ölkə, Manşet > Ziya Məmmədov isti yay aylarından bacardığı qədər istifadə etməlidir

Ziya Məmmədov isti yay aylarından bacardığı qədər istifadə etməlidir


18-06-2014, 11:50
Ziya Məmmədov isti yay aylarından bacardığı qədər istifadə etməlidir
DİA.AZ: - Hakimiyyətin nüfuzlu məmurlarından olan nəqliyyat naziri Ziya Məmmədova qarşı aparılan kampaniya başladığı kimi də durduruldu. Bildirək ki, mətbuatda təkcə Ziya Məmmədovun özü yox, həm də yaxın çevrəsi, qohumları belə hədəfə çevrilmişdi. Onlara aid özəl bilgilər belə xəbər portallarının, qəzetlərin manşetində yer alırdı.

İndi isə proses səngimiş kimi görünür. Ziya Məmmədovun istiqamətinə yalnız adda-budda hücumlar müşahidə olunur ki, bunun da müvəqqəti olduğu söylənilir. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, əslində NN şefi hədəfdən yayındırılmayıb və onun görəvdən alınması üçün bütün proseslər eyni qaydada davam etdirilir:

«Sadəcə olaraq yay fəsli səbəbindən, məmurların əksəriyyətinin istirahətdə olması səbəbindən hadisələr ertələndi. Bir çoxları məzuniyyətdədirlər. Amma sentyabr ayından yenidən eyni proseslər, amma daha da sərt ovqatda davam edəcək. Ziya Məmmədov yalnız yay aylarından istifadə edərək mövqelərini möhkəmləndirmə haqqında düşünməlidir. Əks halda NN şefinə əks cinahda dayananlar ilin sonuna qədər Ziya Məmmədovun imperiyasını darmadağın edəcəklər».

dia-az.life onu da xatırladır ki, yerli KİV-lərdə hakimiyyət daxilindəki əsas dəyişikliklərin də məhz ilin sonuna kimi baş tutacağı haqda informasiyalar yaymaqdadırlar.

Geri qayıt