Əsas Səhifə > Ölkə, Manşet > 14 rayonun icra başçısı üst-üstə 67 milyon manat dövlət pulunu mənimsəyib
14 rayonun icra başçısı üst-üstə 67 milyon manat dövlət pulunu mənimsəyib19-06-2014, 11:34 |
DİA.AZ: - «Bir neçə rayon icra hakimiyyətinin başçısına qarşı konkret faktlar toplanılsa da, hələlik rəsmi qərarın olmaması onlarla bağlı tədbirin görülməsini yubadır». Bu şok məlumatı DİA.AZ-a Hesablama Palatasındakı mötəbər mənbə verib. Xəbəri verən qaynaq dia-az.life-a maraqlı faktları da açıqlayıb: «Hesablama Palatası tərəfindən icra hakimiyyətlərinin təftişi zamanı böyük yeyinti faktları, maxinasiyaların üstü açılıb. Və bu barədə HP olaraq müvafiq dövlət qurumlarını məlumatlandırmışıq. Amma nədənsə maraqlı tərəflər həmin faktların həm ictimailəşdirilməsinin və həm də bu faktlara söykənərək real tədbirlərin görülməsinin qarşısını alırlar». Mənbə iddia edir ki, amma HP rəhbərliyi tərəfindən bu məsələnin ən üst səviyyədə qaldıralacağı da şübhəsizdir: «Çünki söhbət milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsindən gedir. Təkcə 14 rayon icra hakimiyyəti üzərə 67 milyon manatlıq büdcə vəsaitinin taleyi ilə bağlı kifayət qədər şübhəli məqamlar var». Geri qayıt |