Əsas Səhifə > Ölkə, Manşet > Masallının icra başçısı yeni pultoplama kampaniyasına start verib

Masallının icra başçısı yeni pultoplama kampaniyasına start verib


16-07-2014, 11:38
Masallının icra başçısı yeni pultoplama kampaniyasına start verib
Masallıda yerli icra nümayəndələrindən 2000 manatdan pul yığılır. JAM.AZ-a verilən məlumata görə, illik qəzetpulu adı altında toplanan bu məbləğin konkret olaraq mətbuat orqanlarına abunə olunub, olunmamasına sərf edilməsi isə sual altındadır.

Məlumatda deyilir ki, kənd İcra Nümayəndələri rəhbərlərinin yığımı və xərcləri bununla bitmir. Həmçinin bayramlarda şəhid ailələri və kasıblara 500 manat həcmində bazarlıq edilərək, verilməsi xərcləri də onların üzərindədir. Eyni zamanda, Masallıda keçirilən əksər dövlət tədbirlərinin maliyyələşməsi də onların üzərinə qoyulub.

İşin ən maraqlı tərəfi odur ki, yerli icra nümayəndələri başqa bir xərcə də düşürlər. JAM.AZ-a verilən məlumata görə, rayon icra başçısının aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlı Bakıda keçirilən yarmarkalarda icra nümayəndələrinin iştirakını zəruri və məcburi hesab edir. Amma bu yarmarkalara qatılmaq istəməyənlər də olur. Bu istəkdə olanların isə 30 manat vermələri şərtdir. Əks təqdirdə, onların imtina haqları əllərindən alınır.

Geri qayıt